Qurban Qurbanov AFFA qarşısında şərtlər qoyduRobert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra yeni baş məşqçinin kimliyi ilə bağlı fərqli versiyalar səsləndirilsə də, AFFA Qurban Qurbanov variantına daha çox üstünlük verir. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunacağı artıq dəqiqdir və sabah İcraiyyə Komitəsinin növbəti iclasında bu haqda qərar qəbul olunacaq.

“Sportlife.az”ın məlumatına görə, Q.Qurbanovu bu posta gətirmək AFFA-ya o qədər də asan başa gəlməyib.

Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bir neçə şərtinin olduğunu və bu şərtlərə əməl olunacağı təqdirdə təklifi qəbul edə biləcəyini bildirib. Şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub.

R. Abdullayev “Qarabağ”ın uğurlarının memarı olan Qurbanovun bütün şərtləri ilə razılaşdığını və onun üçün ən yüksək şəraitin yaradılacağına söz verib.

Qeyd edək ki, buna qədər Azərbaycan milli komandalarına nəzarət AFFA-nın baş katibi Elxan Məmmədovun əlində idi.
Messi 5-ci dəfə "ən yaxşı" olduArgentinalı futbolçu Lionel Messi “Barselona”da ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

AzNews.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bu mükafat klubun müxtəlif şöbələrinin rəhbərlərindən ibarət şura tərəfindən seçilən oyunçuya təqdim olunur və Aldo Rovirin adını daşıyır.

Bu argentinalı futbolçunun karyerasında 5-ci belə nəticədir.
4 qat dünya çempionunun alacağı maaş - 40 milyonFormula 1-də 4 qat Dünya Çempionu olan Luis Hamilton "Mercedes"lə müqaviləsini uzatmağa çox yaxındır.

AzNews.az Sky Sports-a istinadən xəbər verir ki, Formula 1 tarixində ən titullu Britaniya pilotu olan Luis Hamiltonun maaşı da arta bilər. Pilotun maaşı ildə 40 milyon funt sterlinq təşkil edəcək.

Bununla da o, Britaniya idmanı tarixində ən yüksək maaş alan şəxs kimi tarixə düşəcək.

"Danışıqlar prosesi çox rahat başa gəldi. Biz müqavilədəki hər bir detalı müzakirə etmişik. Yalnız, sponsorlarla əməkdaşlıq şərtləri, brendin inkişafı və ikitərəfli xeyirlər barədə məsələlərin həlli qalır. Mən əminəm ki, yaxın aylarda bütün bu məsələlər həll olunacaq. Bizə son iki yarışda sürətdən həzz almaq qalır." , - deyə Hamilton bildirib.

İngilis pliot əlavə etdi ki, beşinci çempion titulu üçün də mübarizə aparmaq istəyir.
Ronaldo "Real"dan gedirPortuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo ötən gün yaşanan məğlubiyyətdən sonra təmsil etdiyi klubu tərk edir.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, ulduz oyunçu İngiltərənin "Totenhem" klubuna 1:3 hesabı ilə uduzan "Real"la müqaviləni yeniləməyəcək.

"Mənim komandam çox pis oynadı. Müqaviləmin bitməyinə hələ 4 il var. Yeni müqavilə imzalamaq istəmirəm. Mənim üçün belə də yaxşıdır. Çünki mən qələbələrə öyrəşmişəm" - Ronaldo belə deyib.
"Qarabağ" "Atletiko" oyunundan 500 min avro qazandıXəbər veridyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” “Qarabağ”ı qəbul edib. Təmsilçimiz səfər oyunundan bərabərliklə (1:1) qayıdıb. Bu qələbə Ağdam klubunun büdcəsin də təsir edib.

UEFA təmsilçimizə yarım milyon avro mükafat ayracaq.
Hər iki oyunu nəzərə alaraq qeyd edə bilərik ki, “Qarabağ” İspaniya təmsilçisi ilə matçlarda ümumlikdə 1 milyon avro (təxminən 1 milyon 977min AZN) qazanıb.

Qeyd edək ki, qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon heç-heçə isə 500 min avrodur. 1/8 final mərhələsinə çıxan klub isə 6 milyon avro gəlir əldə edəcək.
“Roma”nın baş məşqçisi: “Qarabağ” hamının həyatını çətinləşdirdi” "Qarabağ” hamının həyatını çətinləşdirdi. Bu barədə əvvəl də demişdim. Avropada zəif komanda yoxdur”.

“Report” “İl Romanista”ya istinadən xəbər verir ki, bunu İtaliya təmsilçisi “Roma”nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının (ÇL) C qrupunda yaranmış vəziyyəti şərh edərkən deyib.

Oktyabrın 31-də IV tur çərçivəsində “Roma” evdə İngiltərə “Çelsi” üzərində 3:0 hesablı qələbə qazandığı halda, “Qarabağ” İspaniyada “Atletiko” ilə heç-heçə edib – 1:1.

48 yaşlı italiyalı mütəxəssisin fikrincə, beynəlxalq matçlarda bütün kollektivlər qələbəyə oynayırlar və nəticə qazanmağa çalışırlar: “Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanacağımıza əvvəl də inanırdıq, indi də. Bunu bacarmağa yaxınıq, lakin danışmaq üçün tezdir. Böyük qələbədir, lakin təkcə mənim deyil, hamımızındır”.

Qeyd edək ki, 4 turdan sonra İtaliya təmsilçisi “Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin “Çelsi” komandasının 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
"Qarabağ" üçün son sınaqÇempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilir.

Bu gün "Qarabağ" komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada "Atletiko"nun qonağı olacaq.

Adıçəkilən komandaların ilk görüşü oktyabrın 18-də Bakı Olimpiya Stadionunda olub. Bu oyundan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.

"Qarabağ" ilk turda İngiltərədə "Çelsi"yə 0:6, evdə isə İtaliya təmsilçisi "Roma"ya 1:2 hesabı ilə uduzub.

Oyun saat 23:45-də başlayacaq. "Atletiko" (İspaniya) – "Qarabağ" (Azərbaycan) oyunun baş hakimi Deniz Aytekindir.
"Qarabağ" İspaniyada - sabah "Atletiko ilə oynayacaq Azərbaycan çempionu "Qarabağ" klubu UEFA Çempionlar Liqasındakı növbəti oyununu keçirmək üçün İspaniyaya gedib.

Madridin Adolfo Suares Barajas hava limanında komandamızı azarkeşlər və diplomatlarımız qarşılayıblar. Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən "Qarabağ" komandasının geyimləri və atributları ilə təmin edilmiş həmvətənlərimiz komandanı şüarlar və alqışlarla qarşılayıblar.

Xatırladaq ki, "Atletiko Madrid" - "Qarabağ" qarşılaşması oktyabrın 31-də keçiriləcək.
Boksçumuz erməniyə qalib gələrək Avropa çempionu olduTürkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.

Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirib və finala kimi 3 qarşılaşmasını nokautla başa vurub. Həlledici döyüşdə isə erməni əsilli Yunanıstan idmançısı Vaqkan Nanitzanyana 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

Millimizin digər üzvləri-Amina Kuşkova (75 kq) Avropa birinciliyini gümüş, Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə bürünc medalla başa vurublar.
Bu güləşçilərə cinsi əlaqədə olmaq qadağan edilibBir çox ölkələrdə fərqli növü mövcud olan güləşin Hindistanda “Kuşti” adlanan ənənəvi növü mövcuddur.

“Ölkə.Az” xəbər verir ki, “Kuşti” güləşi məşğul olan idmançılar çox ağır idman prosesindən keçir və həmin şəxslərə müəyyən qadağalar var.

Hind güləşçilər “Quru” adlanan usta güləşçi tərəfindən təlimdən keçir. Sadəcə “çapati” adı ilə bilinən çörək, süd, badam, yumurta və müəyyən edilmiş ət məhsulları ilə qidalana bilərlər.

Yemək qadağası ilə yanaşı bu idmançılara siqaret çəkmək, spirtli içki qəbul etmək və cinsi əlaqədə olmaq da qəti qadağandır.

“Axtara” adlandırılan güləş meydanında antiseptik tərkibli yağlarla isladılaraq palçıqlı hala gətirilir.

Yuxarıda qeyd edilən qadağalara riayət etməyən idmançılara isə ustaları ağır cəzalar verir.