"Qarabağ" - "Çelsi" görüşünə 50 min bilet satılıbFutbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “C” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” ilə İngiltərənin “Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.

Klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq qarşılaşmaya 50 mindən çox bilet satılıb.

“Qarabağ”–“Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azarkeşlər biletləri Heydər Əliyev Sarayının kassasından, “ASAN xidmət” mərkəzlərindən, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki Qarabağ Futbol Klubunun fan-şopundan, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanındakı satış məntəqələrindən ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Beş qat dünya çempionumuz Los Ancelesdə döyüşəcək - FOTO/VİDEO77 kq çəki dərəcəsində peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Qəbələ idman klubunun üzvü, əməkdar idman ustası Kobra ləqəbi ilə tanınan Pərviz Abdullayev sabah ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB 12 çempionatında iştirak edəcək.

Publika.az xəbər verir ki, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayacaq. Həmyerlimiz əslən hollandiyalı olan və ABŞ-ı təmsil edən Qodvin Afriyie ilə döyüşərək vətənimizi təmsil edəcək.

Kobranın Meneceri Faiq Abdullayevin verdiyi məlumata görə, Qodvin Afriyie Amerikanın kikboks favoritlərindəndir. Lakin Pərviz bir neçə aydır məşqlərə çox ciddi hazırlaşıb. O, yarış öncəsi artıq öz peşəkar davranışı və titulları ilə amerika mediasının diqqətini özünə çəkə bilib.

ACB KB-12-yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.
"Qarabağ" - "Çelsi" matçına 45 min bilet satılıb“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 faizindən çoxu satılıb.

Artıq 45 min bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.
Qurban Qurbanov 60000 manat maaş alır - SİYAHITopaz Premyer Liqasında iştirak edən 8 komandanın baş məşqçilərinin məvacibi bəlli olub.

Avrasiya.net Futbolpress.az-a istinadən çalışdırıcıların maaşlarını təqdim edir:

Qurban Qurbanov (“Qarabağ”) - 60000+

Roman Qriqorçuk (“Qəbələ”) - 35000+

Şahin Diniyev (“Kəpəz”) - 10000+

Ayxan Abbasov (“Zirə”) - 8000+

Ramiz Məmmədov (“Keşlə”) - 4000+ (Sələfi, Zaur Svanadze – 5000+)

Samir Abasov – (“Sumqayıt”) - 4000+

Tərlan Əhmədov (“Neftçi”) - 3000+ (Hələlik)

Samir Əliyev (“Səbail”) - 3000+

Qeyd: Məbləğ manatladır və rəqəmlər minimum göstəricidir.
Qurban Qurbanov AFFA-dan ayrıldıAzərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

Bu haqda Qol.az saytına açıqlamasında Q.Qurbanovun özü bildirib.

Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.

Qurban Qurbanovun sözlərinə görə, o, iki işdə - milli komanda və “Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.
Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistanı məğlub edibYunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib.

Kişilərdən ibarət yığmamız Ermənistan, xanım şahmatçılarımız isə Rumıniya millisi ilə qarşılaşıblar. Kişilərdən ibarət yığmamız Teymur Rəcəbov və Rauf Məmmədovun qələbələri sayəsində Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib. Arkadiy Naydiç rəqibi ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub.

Qadınlardan ibarət yığmamız isə Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub. Hazırda ümumi hesabda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü, qadınlar isə 6 xalla 14-cü pillədə qərarlaşıblar. (APA)
Qurban Qurbanov millinin baş məşqçisi oldu Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.

O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.
Qurban Qurbanov AFFA qarşısında şərtlər qoyduRobert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra yeni baş məşqçinin kimliyi ilə bağlı fərqli versiyalar səsləndirilsə də, AFFA Qurban Qurbanov variantına daha çox üstünlük verir. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunacağı artıq dəqiqdir və sabah İcraiyyə Komitəsinin növbəti iclasında bu haqda qərar qəbul olunacaq.

“Sportlife.az”ın məlumatına görə, Q.Qurbanovu bu posta gətirmək AFFA-ya o qədər də asan başa gəlməyib.

Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bir neçə şərtinin olduğunu və bu şərtlərə əməl olunacağı təqdirdə təklifi qəbul edə biləcəyini bildirib. Şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub.

R. Abdullayev “Qarabağ”ın uğurlarının memarı olan Qurbanovun bütün şərtləri ilə razılaşdığını və onun üçün ən yüksək şəraitin yaradılacağına söz verib.

Qeyd edək ki, buna qədər Azərbaycan milli komandalarına nəzarət AFFA-nın baş katibi Elxan Məmmədovun əlində idi.
Messi 5-ci dəfə "ən yaxşı" olduArgentinalı futbolçu Lionel Messi “Barselona”da ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

AzNews.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bu mükafat klubun müxtəlif şöbələrinin rəhbərlərindən ibarət şura tərəfindən seçilən oyunçuya təqdim olunur və Aldo Rovirin adını daşıyır.

Bu argentinalı futbolçunun karyerasında 5-ci belə nəticədir.
4 qat dünya çempionunun alacağı maaş - 40 milyonFormula 1-də 4 qat Dünya Çempionu olan Luis Hamilton "Mercedes"lə müqaviləsini uzatmağa çox yaxındır.

AzNews.az Sky Sports-a istinadən xəbər verir ki, Formula 1 tarixində ən titullu Britaniya pilotu olan Luis Hamiltonun maaşı da arta bilər. Pilotun maaşı ildə 40 milyon funt sterlinq təşkil edəcək.

Bununla da o, Britaniya idmanı tarixində ən yüksək maaş alan şəxs kimi tarixə düşəcək.

"Danışıqlar prosesi çox rahat başa gəldi. Biz müqavilədəki hər bir detalı müzakirə etmişik. Yalnız, sponsorlarla əməkdaşlıq şərtləri, brendin inkişafı və ikitərəfli xeyirlər barədə məsələlərin həlli qalır. Mən əminəm ki, yaxın aylarda bütün bu məsələlər həll olunacaq. Bizə son iki yarışda sürətdən həzz almaq qalır." , - deyə Hamilton bildirib.

İngilis pliot əlavə etdi ki, beşinci çempion titulu üçün də mübarizə aparmaq istəyir.