Prezident Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılışında iştirak edir Azərbaycan Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edir.

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.
"Qarabağ" rqibinə məğlub olduDünən Avropa Liqasında qrup mərhələsinə start verilib.

Təmsilçimiz “Qarabağ” da ilk oyununda səfərdə “Sportinq”in qonağı olub.

Lissabon təmsilçisi bu mövsüm ÇL-də debüt matçında çıxırsa, “Qarabağ” bu mərhələyə qədər 8 rəqiblə üz-üzə gəlib.

"Qarabağ" 2-0 rəqibinə məğlub oldu.
Avropa Liqasında gecənin nəticələriBu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Qol.az-ın xəbərinə görə, turnirdə yeganə təmsilçimiz "Qarabağ" səfərdə “Sportinq”lə üz-üzə gəlib və 062 hesabı ilə uduzub.

“Qarabağ”ın E qrupundakı rəqiblərinə gəlincə, "Arsenal" İngiltərədə Ukraynanın "Vorskla" klubunu 4:2 hesabı ilə üstələyib.

Türkiyə təmsilçilərindən "Beşiktaş" evdə Norveçin "Sarpsporq" komandası ilə qarşılaşıb. Matç "Qara qartal"ın 3:1 hesablı qələbəsi ilə tamamlanıb.

"Fənərbaxça" isə Xorvatiyada "Dinamo"ya (Zaqreb) böyükhesabla yenilib - 1:4.

AEK (Larnaka, Kipr) - "Sürix" (İsveçrə) 0:1

"Lüdoqorets" (Bolqarıstan) - "Bayer" (Almaniya) 2:3

"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) 1:0

"Leyptsiq" (Almaniya) - "Zaltsburq" (Avstriya) 2:3

"Kopenhagen" (Danimarka) - "Zenit" (Rusiya) 1:1

"Slaviya" (Praqa, Çexiya) - "Bordo" (Fransa) 1:0

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Fənərbaxça" (Türkiyə) 4:1

"Spartak" (Trnava, Slovakiya) - "Anderlext" (Belçika) 1:0

"Arsenal" (İngiltərə) - "Vorskla" (Poltava, Ukrayna) 4:2

"Sportinq" (Lissabon, Portuqaliya) - "Qarabağ" (Azərbaycan) 2:0

"Düdelanj" (Lüksemburq) - "Milan" (İtaliya) 0:1

"Olimpiakos" (Yunanıstan) - "Betis" (İspaniya) 0:0

"Rapid" (Vyana, Avstriya) - "Spartak" (Moskva, Rusiya) 2:0

"Vilyarreal" (İspaniya) - "Reyncers" (Şotlandiya) 2:2

"Latsio" (İtaliya) - "Apollon" (Kipr) 2:1

"Marsel" (Fransa) - "Ayntraxt" (Almaniya) 1:2

"Beşiktaş" (Türkiyə) - "Sarpsporq" (Norveç) 3:1

"Genk" (Belçika) - "Malmö" (İsveç) 2:0

"Akhisarspor" (Türkiyə)- "Krasnodar" (Rusiya) 0:1

"Sevilya" (İspaniya) - "Standard" (Lyej, Belçika) 5:1

"Dinamo" (Kiyev, Ukrayna) - "Astana" (Qazaxıstan) 2:2

"Renn" (Fransa) - "Yablonets" (Çexiya) 2:1

PAOK (Yunanıstan) - Çelsi" (İngiltərə) 0:1

"Videoton" (Macarıstan) - BATE (Belarus) 0:2
Türk jurnalistə İtaliyada vəzifə verildiUzun illər İtaliyada yaşayan, eyni zamanda çox sayda media qurumunda təmsil olunan türk jurnalist, həmçinin İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin rəhbəri Dündar Keşaplı Maltanın önəmli və köklü komandası “Sliema Wanderers” futbol klubunda məsul vəzifəyə təyin olunub.

Avrasiya.net xəbər verir ki, 25 ildən artıqdır jurnalist karyerasındakı uğurları ilə tanınan Keşaplı “Sliema Wanderers” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr direktoru vəzifəsini icra edəcək.

Keşaplı bununla yanaşı klubun UEFA ilə əlaqələrini həyata keçirəcək. Dündar Keşaplı belə bir vəzifəyə gətirilən ilk türkdür.

“Sliema Wanderers” klubunun prezidenti Keiz Perri Keşaplının təyinatı ilə bağlı “sizinlə çalışmaq mənim üçün qürurvericidir. Sizin təcrübələriniz sayəsində “Sliema Wanderers”ın daha da irəli gedəcəyini düşünürəm”, -deyə bildirib.

Jurnalist Keşaplı da ona həvalə edilən vəzifəyə görə, məmnunluq duyduğunu bildirərək, “gözəl əməkdaşlıq olacaq. Bir ailə kimi olacağımızı düşünürəm. Bu vəzifəni də çox yaxşı formada yerinə yetirərək, klubu beynəlxalq və hər cür rəsmi tədbirlərdə uğurla təmsil edəcəyəm”, - deyə vurğulayıb.

İmza törənində “Sliema Wanderers”in prezidenti Perri ilə birliktə klubun baş direktoru sabiq italyan futbolçu Gianfranco Guazzoli də iştirak edib.

Xatırladaq ki, Dündar Keşaplı İtailya idman tarixində ilkə imza ataraq, 2009-cu ildə İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyəti üzvlüyündə seçilib. Bu gün hazırda idarə heyətinin xarici əlaqələr vəzifəsini icra etməklə yanaşı, Keşaplı nüfuzlu SKYTG24 və TGCOM24 xəbər kanallarında şərhçi kimi çıxış edir. O, həmçinin hazırda Türkiyənin TRT Spor və A spor kanallarının İtaliya təmsilçisidir.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək - Bu günBu gün Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi “Qarabağ” qrup mərhələsində ilk oyununu keçirəcək.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada “Sportinq”in qonağı olacaq.

Lissabondakı “Joze Alvalade” stadionunda baş tutacaq görüş iki ölkə klubunun ilk dueli kimi tarixə düşəcək.

“Sportinq” 2018/2019 avrokubok mövsümündə debüt matçına çıxacaq, mübarizəyə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən başlayan “Qarabağ” isə qrupa düşənə qədər 8 oyun keçirib.

2017/2018 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Ötən mövsüm Çempionlar Liqasında mübarizə aparan “köhlən atlar” Avropa Liqasının qrup mərhələsində 4-cü dəfə iştirak edəcək.

“Qarabağ”ın cari mövsüm qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb. Ölkə çempionu avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. “Qarabağ” Ukraynanın “Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib. Ölkə çempionu cari avrokubok mövsümündə səfərdə cəmi 2 qol vursa da, yalnız “Şerif”ə uduzub.

“Sportinq” isə 2017/2018 mövsümündə Portuqaliya çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb. Üstəlik, sonuncu Avropa Liqasının 1/4 finalçısı olan lissabonlular ölkə kubokunun finalında “Aviş”ə uduzub – 1:2.

Portuqaliya təmsilçisi turnir Avropa Liqası adlanandan bəri – 2009/2010 mövsümündən daimi iştirakçıya çevrilib. Son 7 yarışa qatılan komanda bunlardan 5-də qrup mərhələsində çıxış edib. Lissabonlular 2011/2012 mövsümündə bütün ev oyunlarında qalib gələrək, yarımfinalçı olublar. Portuqaliya nəhəngi burada İspaniya təmsilçisi “Atletik”lə bacarmayıb – 2:1, 1:3. “Şirlər”in yolunu ötən mövsümdə də İspaniya klubu – bu dəfə “Atletiko” kəsib – 0:2, 1:0.

“Sportinq” Avropa Liqasının qrup mərhələsində yalnız bir dəfə evdə uduzub. Komanda 2015/2016 mövsümündə Rusiya “Lokomotiv”inə 1:3 hesabı ilə yenilib. Lissabon təmsilçisi Avropa Liqasında evdə keçirdiyi oyunlardan 10-da qalib gəlib, 4 dəfə heç-heçə edib və 1 matçda uduzub.

“Qarabağ”ın futbolçusu Simeon Slavçev 2014 – 2018-ci illərdə müqavilə üzrə “Sportinq”ə məxsus olub. Lakin bolqarıstanlı yarımmüdafiəçi Lissabon təmsilçisinin əsas komandasında oyun keçirməyib və əsasən icarəyə verilib.

“Sportinq”in hücumçusu Lük Kastanyos Hollandiyanın “Tvente” komandasının heyətində “Qarabağ”a qarşı oynayıb. Hollandiyalı forvard Avropa Liqasının 2014/2015 mövsümünün pley-off mərhələsinin cavab oyununda Ağdam təmsilçisinə qol da vurub. O, evdəki görüşdə hesabı açsa da, matç 1:1 hesabı ilə yekunlaşıb və evdə qolsuz heç-heçə edən Azərbaycan çempionu ilk dəfə qrupa düşüb.

Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. “Sportinq” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)

Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)

Lissabon “Joze Alvalade” stadionu.
Çempionlar Liqasında ilk tur yekunlaşdı - NəticələrSentyabrın 19-da UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

Axar.az xəbər verir ki, G qrupunda yer alan UEFA Çempionlar Liqasının son qalibi "Real Madrid" klubu doğma meydanda İtaliyanın "Roma" komandasını qəbul edib. İlk dəqiqələrdən üstün oyun nümayiş etdirən Madrid təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyununu əks hücumlar üzərində quran "Roma" klubu qarşılaşmanın 25-ci dəqiqəsində hesabı açmağa yaxın olub. Cengiz Ünderin vurduğu zərbə qapıdan yan keçib. Matçın 45-ci dəqiqəsində oyunun hollandiyalı baş hakimi Bjorn Kupers cərimə meydançası yaxınlığında İskoya qarşı qayda pozuntusunu qeydə alıb. Cərimə zərbəsini zərər çəkmiş özü yerinə yetirib və qola imza atıb - 1:0. "Kral" klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

Oyunun 58-ci dəqiqəsində Luko Modriçin ötürməsindən sonra komandanın əsas qol silahı sayılan Qaret Beyl qapıçı ilə təkbətək qalaraq dəqiq zərbə ilə hesab arasındaki fərqi artırıb - 2:0. Qarşılaşmada son nöqtəni maçın 90-cı dəqiqəsində, oyuna ikinci hissədə daxil olan Mariano Diaz qoyub. O, uzaq məsafədən dəqiq zərbə ilə hesab arasındakı fərqi üç topa çatdırıb. Beləliklə, görüş "Real Madrid" klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər qarşılaşmasında Rusiya təmsilçisi MOİK səfərdə Çexiyanın "Viktoriya Plzen" klubunun qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

H qrupunda yer alan İspaniyanın "Valensiya" klubu İtaliyanın "Yuventus" komandasını qəbul edib. Görüşün 29-ci dəqiqəsində rəqibin üzünə bilərəkdən zərbə endirən turinlilərin yeni transferi Kristiano Ronaldo birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, oyunda hesabı meydanda 10 nəfərlə qalan "qoca sinyora" açıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Mirəlim Pyaniç dəqiq zərbə ilə tamamlayıb. Fasilədən sonra hakim oyunda ikinci dəfə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. M.Pyaniç yenidən dəqiq zərbə ilə dublunu rəsimləşdirib. Görüş "Yuventus" klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər qarşılaşmasında "Mançester Yunayted" səfərdə "Yanq Boyz" klubunun qapısından üç cavabsız top keçirib.

E qrupun favoriti sayılan Almaniyanın "Bavariya" klubu səfərdə Portuqaliyanın "Benfika" komandasının qonağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından qolları oyunun 10-ci dəqiqəsində Robert Levandovskiy və 54-ci dəqiqədə Renato Sançes keçirib.

Qrupun digər oyununda "Ayaks" doğma meydanda AEK-i böyük hesabla məğlub edib (3:0).

Birinci turun gözlənilməz hesabı İngiltərə qeydə alınıb. "Enfild" stadionunda keçirilən oyunda meydan sahibi "Mançester Siti" Fransanın "Lion" klubunu qəbul edib. Görüş qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.

"Şaxtyor" - "Hoffenhaym" oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb.
Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR   Ötən axşam Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Turnirdə 32 komanda 8 qrupda pley-offa vəsiqə qazanmaq üçün mübarizə aparır. İlk oyun günündə 8 oyun keçirilib. Nəticələri belə olub:

18 sentyabr

Çempionlar Liqası, I tur

A qrupu

"Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) 1:2

"Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) 0:1

C qrupu

"Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya) 0:0

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) 3:2

D qrupu

"Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) 1:1

"Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) 3:0


B qrupu

"İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) 2:1

"Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) 4:0
 Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcəkQitənin ən nüfuzlu klub turnirində 8 qrupda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" 15-ci mövsümünü keçirəcək. "Sarı-qırmızılar"ın ilk turda rəqibi Rusiya çempionu "Lokomotiv" (Moskva) olacaq. İstanbuldakı "Türk Telekom" stadionunda təşkil olunacaq görüşü Canluka Rokkinin rəhbərliyi ilə italiyalı hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqasının finalçısı İngiltərənin "Liverpul" komandası Fransa PSJ-sini qəbul edəcək. Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su isə "Monako"nun qonağı olacaq.

Çempionlar Liqası, I tur

18 sentyabr

A qrupu


23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya)

23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)

B qrupu

20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə)

20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya)

C qrupu

23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya)

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)

D qrupu

23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya)

23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)

Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq.
Rəşad Sadıqovla azarkeşlər arasında gərginlik  yaşandıFutbol üzrə Azərbaycan Premyer Liqasında IV turun açılış oyununun sonlarında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və "Sumqayıt" azarkeşləri arasında gərginlik baş verib. "Report" xəbər verir ki, buna 36 yaşlı müdafiəçinin əlinin son saniyələrdə cərimə meydançası daxilində topa toxunması səbəb olub.

Həmin epizodda top yerə yıxılan Sadıqovun əlindən meydanı tərk edib. Baş hakim İnqilab Məmmədovun penalti təyin etməməsindən qəzəblənən qapı arxasındakı "Sumqayıt" azarkeşləri təcrübəli oyunçuya etirazlarını bildiriblər. Onların etirazları oyundan sonra da davam edib. Bu zaman Sadıqov "Sumqayıt"ın bir neçə futbolçusu ilə birgə həmin fanatlara yaxınlaşaraq, onlardan sakit olmalarını xahiş edib. O, epizodda qayda pozuntusuna yol vermədiyini də izah etməyə çalışıb.

Qeyd edək ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Gömrükçülərimiz Ermənistan komandasını darmadağın etdiBelarusun Brest şəhərində gömrük xidmətləri arasında keçirilən 12-ci beynəlxalq mini-futbol turnirində Azərbaycan gömrükçülərinin növbəti görüşü bu gün Ermənistan komandası ilə baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib.

Qollardan ikisini Renat Sultanov vurub. Kamil Hacıyev və Samir Məmmədov isə rəqib qapısından hərəyə bir top keçirib. Bununla da komandamız turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Azərbaycan gömrükçüləri bundan öncəki oyunlarda uğur qazana bilməyib. Sentyabrın 10-da Rusiya, sentyabrın 11-də isə Belarus komandası ilə görüşlərin hər birində komandamız 1:2 hesabı ilə məğlub olub.

Gömrükçülərimiz növbəti görüşləri sentyabrın 13-də Ukrayna, sentyabrın 14-də isə Belarus komandasına qarşı keçirəcək.

Turnirə 5 ölkə - Azərbaycan, Belarus, Ukrayna, Rusiya və Ermənistan komandaları qatılıb. Yarışda Belarusdan iki komanda daxil olmaqla, cəmi 6 komanda iştirak edir.

Sentyabrın 10-dan start götürən yarışa ayın 14-də yekun vurulacaq.