Xorvatiya finalda Dünən dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Avrasiya.net-in məlumatına görə, ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşir.

Finala gedən yolda Xorvatiya qrup mərhələsinin maksimum nəticə ilə tamamlasa da, pley-offa 90 dəqiqə ərzində qələbə qazanmayıb. Zlatko Daliçin komandası 1/8 finalda Danimarkanı, daha sonra isə Rusiyanı penaltilər seriyasında üstələyib.

Belçikaya uduzmaqla qrupda ikinci olan İngiltərə yığması isə 1/8 finalda Kolumbiyaya 11 metrlik cərimə zərbələri ilə qalib gəlib. 1/4 finalda isə ingilislər İsveçdən üstün olub.

Qeyd edək ki, qalib glən komada finalda Fransa ilə qarşılaacaq.

DÇ-2018
11 iyul

22:00. Xorvatiya - İngiltərə - 2:1 (Əlavə vaxt)
Qol: Trippyer, 5 (0:1), Perişiç, 68 (1:1), Mandjukiç, 109 (2:1)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Moskva. “Lujniki”

10 iyul

Fransa – Belçika 1:0
Fransa finaldaBu gün DÇ-2018-nin ilk yarımfinal matçında Belçika və Fransa yığma komandaları üz-üzə gəliblər.

"Sankt-Peterburq” stadionunda baş tutan oyuna Belçikalar daha da istəkli başlayıblar. Onlar oyunun ilk 22 dəqiqəsində bir neçə qol fürsətini qaçırıblar.

Belçika 22-ci dəqiqəyə qədər 4 günc zərbəsi də yerinə yetirib. Farnsa milliləri isə hələ ki arzulanan oyunu göstərə bilməyiblər.

Nəhayət, Fransa 25-ci dəqiqədə günc zərbəsi yerinə yetirib. Ancaq qapı önünə ötürmə dəf edilib.

31-ci dəqiqədə Qrizmanın uzaqdan vurduğu top qapı tirinin üstündən keçib.

34-cü dəqiqədə isə Jiro fransızların ilk qoluna imza ata bilərdi.Lakin o, çox əlverişli fürsətdən yararlana bilməyib. Top qapı tirinin yanından keçib.

Uruqvaylı hakim oyunun ilk hissəsinə 1 dəqiqə əlavə edib. Lakin hesab ilk hissədə açılmayıb.

51-cvi dəqiqədə Samuel İmutiti hesabı açıb.

90-cı dəqiqədir. Hakim oyuna 6 dəqiqə əlavə edib. Hesab dəyişməyib - 1:0.

Qeyd edək ki, Fransanın finaldakı rəqibi İngiltərə-Xorvatiya oyununun qalibi olacaq.
Dünya Çempionatında bu gün ilk finalçı məlum olacaq: Fransa - BelçikaRusiyada keçirilən futbol üzrə Dünya Çempionatında bu gün ilk yarımfinal iyunu baş tutacaq.

Avrasiya.net xəbər verir ki, finala vəsiqə üçün Fransa və Belçika milli komandaları üz-üzə gələcək.

Fransızlar 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı mübarizədən kənarlaşdırıb.

Belçika isə Yaponiya və beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb.

10 iyul

Yarımfimal


22:00 Fransa – Belçika

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu


11 iyul

22:00.Xorvatiya - İngiltərə
Rusiya millisi dünya çempionatını tərk etdiFutbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Ev sahibi Rusiya ilə Xorvatiya yığması ilə qarşılaşıb.

Soçidə "Fişt" stadionunda baş tutan qarşıdurmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından oyun əlavə vaxtda davam edib. Lakin əlavə vaxt da 2:2 hesablı bərabərliklə yekunlaşdığından qalibi penaltilər seriyası ilə müəyyən etmək lazım gəlib.

Pelnaltilər seriyasında Xorvatiya yığması rəqibini 4:3 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.
20 yaşlı oğlan Messi kimi qol vurmaq istədi və öldü…Messinin 20 yaşlı fanatı meydançada onun kimi qol vurmaq istəyərkən müvazinətini itirərək yerə yıxılıb, ölüb.

Avrasiya.net Milli.Az-a istinadən xəbər verir ki, Hindistanda 20 yaşlı həvəskar futbolçu Sagar Das “Deshapriyanagar Byamagar” məktəbinin meydançasında futbol oynayarkən ölüb. Hadisə şahidlərinin dediyinə görə, o, Messinin hərəkətlərini təkrarlamaq istəyərkən müvazinətini itirərək yıxılıb, sinəsindən ciddi zədə alıb. Xəstəxanaya çatdırılan Sagarın həyatını xilas etmək mümkün olmayıb.

“Sagar gecə gec saatlaradək oyaq qalıb Dünya Çempionatının bütün matçlarını izləyirdi. O, Messinin qatı fanatı idi. Sagar son günlər dərslərini unudub, bütün fikrini çempionata yönəltmişdi. O, hadisə baş verən gün Messinin hərəkətlərini təkrarlamaq istəyirdi”, – Sagarın əmisi oğlu söyləyib.
Braziliya DÇ-2018-ə "Əlvida" dediBelçika yığması dünya çempionatının fovariti sayılan Braziliya yığmasını evinə gpndərib.

Avrasiya.net xəbər verir ki, oyunda hesabı Belçkia açıb. Belə ki, 13-cü dəqiqədə günc zərbəsindən Fernandinyo topu öz qapısına göndərib - 1-0.

31-ci dəqiqədə isə De Bryoyne hesabdakəı fərqi artırıb - 2-0.

Brazilya isə bu qolardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 76-cı dəqiqədə Auqusto qol vurub.

Beləliklə, Belçika 2-1 qalib gələrək Fransa ilə rəqib olub.
Mayk Tayson Azərbaycana gəlirDünya şöhrətli amerikalı boksçu Mayk Tayson Azərbaycana gəlir.

Bu barədə Sputnik-ə "Qadzilla" şirkətinin rəhbərinin köməkçisi Vüqar Həsənov məlumat verib.

"Biz dünyaca məşhur idman simalarını Azərbaycana gətirəcəyik. Məqsədimiz tanınmış idman simalarını ölkəyə gətirməklə yanaşı, Azərbaycanı da dünyaya daha da tanıtmaqdır" - V.Həsənov bildirib.

Onun sözlərinə görə, Taysonu Azərbaycana gətirmək də belə bir zərurətdən yaranıb:

"O, istənilən bir ölkəyə getsə, kimliyindən və peşəsindən asılı olmayaraq hər kəs onunla görüşüb, ən azı şəkil çəkdirmək istəyəcək. Biz də şirkət olaraq belə məşhur simaları Bakıya gətirərək onlarla fanatlarını görüşdürməyə çalışacağıq. Taysonun Bakıya gətirilməsi fikri də şirkətin rəhbəri Emil Əmiraslanova aiddir. Əminliklə deyə bilərəm ki, Mayk Taysonu görmək üçün qonşu ölkələrdən də gələnlərin sayı az olmayacaq".

"Bundan başqa, məşhur qaydasız döyüş ustası Roys Qreysi də bu yaxınlarda Bakıya gələcək. Bu idmançıya da maraq böyükdür və Dağıstan, Rusiya, Qazaxıstan, İrandan tədbirdə iştirak etmək istəyənlər var. Düşünürük ki, Mayk Taysonun da tədbirində bu cür olacaq" - deyə V.Həsənov əlavə edib.

Şirkət təmsilçisi bildirib ki, tədbirdə tək boksçular yox, istənilən idman növü ilə məşğul olan idmançılar da iştirak edə biləcəklər:

"Boksu sevən, ona marağı olan hər kəs seminara gələ biləcək. Seminar bilet ilə olacaq. Bir sözlə, bilet alan hər kəs iştirak edə bilər. Tədbir iki gün davam edəcək. Birinci gün Tayson seminar keçirəcək. İkinci gün isə boksçu azarkeşləri ilə görüşəcək və imza günü keçiriləcək".

Onun dediyinə görə, Taysonun Bakıya gəlişi noyabr ayının əvvələrinə planlaşdırılır:

"O zamana kimi seminarın və imza gününün təşkil olunacağı yerlər dəqiqləşəcək. Hələ ki, Roys Reysinin tədbirinə hazırlıq gedir".

Qeyd edək ki, 22 iyulda məşhur qaydasız döyüş ustası, ciu-citsu üzrə braziliyalı peşəkar idmançı Roys Qreysi Azərbayacana gələcək. O da idmançılar üçün seminar keçirəcək.
Fazil Məmmədovun yaxın adamı həbs edilə bilər — Futbol klubunun direktoru (Foto)“Şəmkir” futbol klubunun direktoru barədə hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

“Ölkə.Az”ın məlumatına görə, Elmixan Mehdiyev adlı şəxs Bakı şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, 2016-cı ilin sentyabr ayında “Şəmkir” futbol klubunun direktoru Elvin Murğuz oğlu Səfərli ondan dələduzluq yolu ilə 166 min manat pulunu alıb. Polis İdarəsində daxil olmuş ərizə araşdırılıb və cinayət işinin başlanması üçün aidiyyatı üzrə Nəsimi RPİ-nə göndərilib. Artıq Nəsimi RPİ-də faktla bağlı cinayət məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əgər E. Mehdiyevin Elvin Səfərli ilə bağlı şikayəti sübut olunarsa o zaman klubun direktoru həbs oluna bilər.
Qeyd edək ki, “Şəmkir”in prezidenti Elvin Səfərlinin son vaxtlar maliyyə sıxıntıları yaranıb və hətta futbolçuların maaşlarını da verməyib. E. Səfərli həmçinin Gəncə Beynəlxalq Xəstəxanasına sponsorluqdan imtina edib. Gəncə Beynəlxalq Xəstəxanasının keçmiş Vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir.

Yəni E. Səfərli Fazil Məmmədovun yaxın adamı kimi tanınıb.

Maraqlıdı ki, gənc klub rəhbəri artıq şəxsi “Facebook” hesabında da adını dəyişib. Özünə Edurd Paradeli adını götürüb.
Belə məlumatlar da dolaşır ki, E. Səfərli özünə məxsus bəzi obyektləri, karxana və restoranları satışa çıxardıb. Üstəlik, bu ildən baza olaraq istifadə etmək üçün komandanın ixtiyarına verdiyi məkanı da geri alıb və başqalarına borc əvəzi verib.
Dünya Çempionatında bu gün 1/8 finala yekun vurulacaq Rusiyada keçirilən furbol üzrə Dünya Çempionatı-2018-in 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Daha iki oyunla sonuncu 1/4 finalçılar müəyyənləşəcək.

İlk olaraq meydana İsveç və İsveçrə çıxacaq.

Günün digər oyununda İngiltərə Kolumbiya ilə qarşılaşacaq.

Xatırladaq ki, 6 komanda - Uruqvay, Fransa, Rusiya, Xorvatiya, Belçika, Braziliya milliləri artıq 1/4 finala vəsiqə qazanıblar.


1/8 final

3 iyul

18:00. İsveç - İsveçrə
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. Kolumbiya - İngiltərə
Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu.

30 iyun

Uruqvay - Portuqaliya - 2:1

Fransa - Argentina - 4:3

1 iyul

İspaniya - Rusiya - 1:1 pen-2:4

Xorvatiya - Danimarka - 1:1 pen-3:2

2 iyul

Belçika - Yaponiya - 3:2

Braziliya - Meksika - 2:0
Dünya çempionatının 1/8 finalında bu rəqiblər qaşılaşacaq - TƏQVİMRusiyada keçirilən futbol üzrə Dünya Çempionatında 1/8 final mərhələsinin bütün iştirakçıları məlum olub.

Avrasiya.net xəbər verir ki,1/8 finalın oyunları iyunun 30-da başlayacaq:

1/8 final mərhələsi


30 iyun


18:00. Fransa – Argentina

22:00. Uruqvay – Portuqaliya


1 iyul


18:00.İspaniya - Rusiya

22:00.Xorvatiya - Danimarka


2 iyul

18:00.Braziliya - Meksika

22:00.Belçika - Yaponiya

3 iyul

18:00. İsveç - İsveçrə

22:00.Kolumbiya - İngiltərə