Bu gün Çempionlar Liqasında 2-ci mərhələ başlayır - TƏQVİM Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək. İlk oyun günündə 7 qarşılaşma keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın "Qarabağ" klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu iyulun 25-də səfərdə Albaniyanın "Kukesi" klubuna qarşı keçirəcək.


24 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Astana" (Qazaxıstan) - "Mityulland" (Danimarka)

20:00. ÇFR (Kluj, Rumıniya) - "Malmö" (İsveç)

21:30. PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail)

22:15. "Şkendiya" (Makedoniya) - "Şerif" (Moldova)

22:30. "Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva)

23:00. "Legiya" (Varşava, Polşa) - "Spartak" (Trnava, Slovakiya)
Azərbaycan klubları Avropa Liqasını tərk etdiAvropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

Сavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxıb. Öncə Bakıdakı matç start götürüb. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul edib. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini 2:1-lə çıxsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb.

“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşüb. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşını tək qolla alıb. Amma Stiv Monrozun vurduğu qol turu keçməyə kifayət etməyib. “Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı olub. Bakılılar 3:1 hesablı qələbədən sonra səfərə üstün yollansa da, meydan sahibləri paytaxt təmsilçisini şoka salıb. Roberto Bordnin komandası 0:4 hesablı darmadağınla Budapeştdən boynubükük dönür.
Çempionlar Liqasında 2-ci mərhələyə keçən bütün KLUBLAR   Ötən gecə UEFA-nın Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Aşağıdakı nəticələr sayəsində 2-ci mərhələyə keçən klublar müəyyənləşib:

I təsnifat mərhələsi, cavab oyunu

18 iyul


“Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) - 0:0
İlk oyun - 1:0

“Zrinski” (Bosniya və Herseqovina) - “Spartak” (Slovakiya) - 1:1
İlk oyun - 0:1

“Şerif” (Moldova) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0
İlk oyun – 1:2

“Rusenborq” (Norveç) - “Valyur” (İslandiya) - 3:1
İlk oyun - 0:1

“Sutyeska” (Monteneqro) - “Astana” (Qazaxıstan) - 0:2
İlk oyun - 0:1

“Seltik” (Şotlandiya) - “Alaşkert” (Ermənistan) - 3:0
İlk oyun – 3:0


Beləliklə, Çempionlar Liqasının 2-ciI təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.


Çempionlar Liqası


2-ci təsnifat mərhələsi



“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan)

“Astana” (Qazaxıstan) - “Midtulland” (Danimarka)

“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan)

ÇFR (Rumıniya) - “Malmö” (İsveç)

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

“Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva)

BATE (Belarus) - HİK (Finlandiya)

“Şkendiya” (Makedoniya) - “Şerif” (Moldova)

“Legiya” (Polşa) - “Spartak” (Slovakiya)

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç)

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 24-25-də , cavab qarşılaşmaları isə iylun 31-i və avqustun 1-də keçiriləcək.

modern.az
Qurban Qurbanov: "Bundan sonrakı oyunlarımız çətin olacaq""Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə qolsuz bərabərliyə qalaraq mərhələ adladıqları cavab matçından sonra mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:

- Öncə futbolçularımı ürəkdən təbrik etmək istərdim. Belə isti havada bu cür mübarizə aparmaq həqiqətən alqışa layiq idi. Belə güclü komandaya qarşı oynamaq xoşdur. "Olimpiya" bizim məşqçilik korpusunu son illərdə ən çox düşündürən rəqib idi. Şükürlər olsun ki, iki oyunun nəticəsinə görə, cütün qalibi məhz biz olduq. Qarşılaşmadan əvvəl xəbərlər var idi ki, stadionda azarkeşlər az olacaq. Ancaq ilk mərhələyə görə, azarkeş sayı yaxşı idi. Bundan sonrakı oyunlarımız çətin olacaq. Bütün komandalar bizə qarşı ciddi hazırlaşır. Bu da bizə problem yaradır. Kollektiv şəkildə daha yaxşı oyun göstərməyə qadirik. "Olimpiya"nın baş məşqçisinə də uğurlar arzulamaq istəyirəm. Komandaya yeni gəlib. Onunla söhbətim oldu. Hiss olunur ki, yaxşı düşüncəyə malik baş məşqçidi. "Olimpiya"nın oyununda ötən mövsümlə müqayisədə fərq var. Onlara uğurlar arzulayıram

- Dani Kintanın zədəsi nə yerdədir?

- Ola bilər ki, ciddidir. Əzələ dartmasıdır. Sabahkı müayinədən sonra dəqiq bilinəcək. Gözlənilən budur ki, qarşıda oyunda olmayacaq.

- Növbəti mərhələdə rəqibiniz olacaq "Kukesi"ni necə dəyərləndirirsiz?


- Bu komandanın oyununa baxmamışam. Sabah baxacam. Onlar da mərhələ keçib. Həddən artıq diqqətli, məsuliyyətli yanaşmalıyıq. Belə komandalar intizamlı olur.

- Rəqib sizi çox yordu. Son nöqtəni də qoya bilmədiniz. Bu, komandanızda hücumçu çatışmazlığından irəli gəlir?

- Bəli, çox yorulduq. Ümumiyyətlə, belə oyunlar futbolçulara çox böyük fayda verir və onları daha yaxşı tanıyırıq. Bütün futbolçulardan razı qaldım. İlk oyunda çatışmazlıqlar olacaq. Hücum tək bir nəfərdən ibarət olmur. Sol və sağ cinah yarımmüdaçiləri də aktiv olmalıdı. Bir neçə qol şansımız oldu. Ancaq son nöqtəni qoya bilmədik. Hücumçu axtarışındayıq, danışıqlar gedir. Sonda kim bizimlə olacaq, əfsular olsun ki, bilmirəm. Hər xətdə daha çox futbolçuların olmasını istərdik.

- "Kukes" bizim üçün "sirli qutu"du. Rauf Əliyevin ötən mövsüm bu komanda da oynadığını nəzərə alsaq, ondan müəyyən informasiya almaq planınızda varmı?

- Kimlə yaxından maraqlanmaq lazım olsa, müraciət edə bilərik. Maksimum 2 güm ərzində rəqib haqqında informasiya toplaya bilərik. Kiçik informasiya lazım olsa, onu öyrənməyə hazıram. Niyə də olmasın? Bizə kiçik informasiya da faydalıdır.

- Sanki, komandanın oyun üslubunda dəyişiklik etmisiniz. Daha çox pressinq edirdiniz, hücumda olurdunuz...

- Dəfərlərlə demişəm ki, hər bir rəqibə qarşı fərqli oynayacağıq. Bugünkü futbolun tələbi də budur. Hər bir rəqibə qalib gəlmək üçün oyununun qarşısını almalısan. Bu da müxtəlif zonalar üzrə olur. Oyunumuzda buna görə dəyişiklik var idi.

Report
Rusiya futbol üzrə dünya çempionatından 11 milyard dollar qazanıbRusiya futbol üzrə 2018-ci il dünya çempionatının təşkilindən 850 milyard rubl (təxminən, 11 milyard dollar) gəlir əldə edib.

TASS xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyasının rəhbəri Mayya Lomidze təşkil etdiyi mətbuat konfransında bildirib.

Rusiya mundialın təşkili üçün, təqribən, 12 milyard dollar xərcləyib.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçirilib. Yarışın qalibi Fransa yığması olub.
Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçibDövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçib.

DTX-nin ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, xidmətin hərbi hissələrində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Nizamnamələrinin tələbləri əsasında təşkil olunur, hərbi qulluqçulara nəzəri-praktiki, sıra və fiziki hazırlıq dərsləri keçirilir, ümumən şəxsi heyətin peşəkarlıq vərdişləri real döyüş şəraitinə uyğunlaşdırılır. Əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant, cüdo üzrə idman ustası Mədət Quliyev və DTX-nin məsul əməkdaşı, Olimpiya çempionu, beynəlxalq dərəcəli idman ustası Elnur Məmmədli hərbi hissənin idman kompleksində cüdo idman növü üzrə əsgərlər üçün növbəti master-klass keçib
MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi  Belə ki, Tofiq Musayev, Vüqar Kərimov, Mehman Məmmədov məşqçiləri Ruslan Əfəndiyevlə birlikdə ABŞ-a yola düşərək Azərbaycanı UFC-də təmsil edəcəklər.

Avrasiya.net xəbər verir ki, onlar UFC-də məşqçiləri Ruslan Əfəndiyevlə birgə bir sıra sənədlər imzalayacaq və dünyaca məşhur MMA ustaları ilə birgə təlim-məşq toplantıları və görüşlər keçirəcəklər.

Qeyd edək ki,idmançılarımız Tofiq Musayev,Vüqar Kərimov,Mehman Məmmədov bu günədək Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil ediblər.
MMA üzrə bir çox qələbələrə imza atan hər üç idmançımız Azərbaycanı dünyada layiqincə təmsil edir.Bu səbəblədə Amerika mütəxəssislərinin UFC kimi dünyaca məşhur MMA liqasının diqqətini cəlb ediblər.
MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi
Hər üç idmançımız haqqında qısa xatırlatma:

Tofiq Musayev: 15.12.1989-ci ildə Qaradağ rayon Sahil qəsəbəsində anadan olmuşdur.2007-2011 İdman Akademiyasını bitirmişdir. İki qat dünya çempionu, dünya kubokunun ikincisi, Kunqfu Sanda üzrə dünya çempionu olmuşdur. Dəfələrlə beynəlxalq turnirlərin qalibidir. MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur. WFCA 45 üzrə reytinq döyüşündə, qələbə qazanaraq reytinqin 2-ci pilləsində qərarlaşıb.May ayında Azərbaycan təşkil olunan WFCA-48 beynəlxalq turnirində təkrarar qazandığı qələbəsi ilə sevinc dolu anlar yaşadıb.İdman koriyarsında bu günədək 13 pşəkar qalibiyyəti və 3 məğlubiyyəti var.

Vüqar Kərimov: 20.02.1992-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur.Nizami rayonu 61 saylı məktəbi bitirdikdən sonra İdman Akademiyasına daxil olmuş və oranı bitirmişdir.8 Qat respublika ,2009-cu ildə Rusiyanın Omsk şəhərində,2011-ci ildə Ukraynada,2012-ci ildə Polşada,2013-cü ildə Sankt-Peterburqda,2014-cü ildə Ruminyada,2016-cı ildə Ukraynada MMA üzrə dünya çempionu olmuşdur. O,2017-ci ildə Azərbaycanda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında “Uşu-Sanda” üzrə ikinci yeri tutub.Peşəkar döyüşlərdə 11 qələbə 3 məğlubiyyəti var.

Mehman Məmmədov: 31.03.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.O,Bakıda 190 saylı məktəbi bitirib.2014-2015 ci ildə kunqfu sanda üzrə dünya çempionu,beynəxlalq yarışların qalibi olub. On dəfə respublika çempionuna layiq görülüb , 2016-cı ildə MMA üzrə dünya kubokunun qalibidir.

Hər üç idmançımıza və məşqçi Ruslan Əfəndiyevə uğurlar diləyirik.
Bu gün “Qarabağ” Çempionlar Liqasında “Olimpiya” ilə cavab görüşünə çıxacaqBu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında Sloveniya “Olimpiya”sı ilə I təsnifat mərhələsinin cavab matçına çıxacaq.

Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü israilli baş hakim Erez Papir idarə edəcək.

Bir həftə əvvəl Lyublyanada oynanılmış qarşılaşmada “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 79-cu dəqiqədə Donald Gerrye vurub. Bakıdakı qarşılaşmada Azərbaycan təmsilçisinə istənilən hesablı heç-heçə də kifayət edəcək.

Komandalar meydana itkilərlə çıxacaq. “Qarabağ”dan yarımmüdafiəçi Qara Qarayev, “Olimpiya”dan isə qanalı hücumçu Abass İssa ilk oyunda qırmızı vərəqə aldıqları üçün forma geyinməyəcəklər. Əvəzində qonaq komandanın kapitanı Branko İliç zədəsini sağaldıb və o, 20 futbolçudan ibarət heyətlə Bakıya gəlib.

Bu cütün qalibi Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq. “Kukesi” Malta “Valletta”sını səfər qolu sayəsində (0:0, 1:1) üstələyib. Məğlub tərəf isə Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar Yolunda “Kruzaders” (Şimali İrlandiya) klubuna rəqib olacaq. “Kruzaders” Bolqarıstan “Ludoqorets”inə səfərdə 0:7, evdə 0:2 hesabı ilə uduzub.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu


21:00. “Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya)

Hakimlər: Erez Papir, David Elias Biton, Eliyahu Kasapu, David Fuksman (hamısı İsrail)

Tofiq Bəhramov adına Respublika Stadionu
İbrahim Kərimov nərd üzrə “ALDP Kuboku”-nun qalibi olubAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaranmasının 20 illiyi ilə bağlı partiya fəlları arasında “ALDP Kuboku” uğrunda nərd yarışı keçirilib. Yarış iki həftə ərzində və 30 nəfərin iştirakı ilə keçirilib.
İbrahim Kərimov nərd üzrə “ALDP Kuboku”-nun qalibi olub

Maraqlı oyunların nəticəsinə görə, İbrahim Kərimov nərd üzrə “ALDP Kuboku”-nun qalibi olub.
İkinci və üçüncü yerləri müvafiq olaraq Tərlan Həsənov və Fizuli Kərimov tutublar.
İbrahim Kərimov nərd üzrə “ALDP Kuboku”-nun qalibi olub
İbrahim Kərimov nərd üzrə “ALDP Kuboku”-nun qalibi olub
ALDP sədri Fuad Əliyev qalib olan İbrahim Kərimova “ALDP Kuboku”nu təqdim edib.
Digər yerlərin sahibləri isə medal və Fəxri Fərmanlarla təltif ediliblər. Xatırladaq ki, bundan əvvəl “ALDP Kuboku” uğrunda futbol üzrə yarışlar da keçirilib.

"Qarabağ" "Olimpiya"ya qalib gəldi - Video “Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə qoşulub.

Avrasiya.net-in məlumatına görə, Ağdam klubu birinci təsnifat mərhələsinin ilk matçında səfərdə “Olimpiya”nın qonağı olub. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyada start verib.

Görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi

İlk oyun

11 iyul


22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerrye, 79

Qırmızı vərəqələr: İssah Abass, 85 ("Olimpiya"), Qara Qarayev, 90+1 ("Qarabağ")

Baş hakim: Lourense Visser (Belçika)