Ronaldo xəstəxanaya düşdüİdmançı pnevmoniyadan əziyyət çəkirmiş...

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya millisinin əfsanəvi hücumçusu, 1997 və 2002-ci illərdə Qızıl topun sahibi olan Ronaldo pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə cümə günü 41 yaşlı braziliyalı İspaniyanın İbitsa adasında dincələrkən baş verib. Həkimlər Ronaldoda pnevmoniyanın inkişaf etdiyini bildiriblər.

Bu səbəbdən ikiqat dünya çempionu müalicə olunması üçün xəstəxanaya aparılıb.
Qurban Qurbanov: “İnanıram ki, Belarusda daha yaxşı oynayacağıq”"Məğlub olmaq istəməzdik. Amma hələ ilk hissə bitib. Qarşıda 90 dəqiqəmiz var. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Qarşıda daha maraqlı 90 dəqiqə var”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandasına 0:1 hesabı ilə uduzduqları ilk matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanovun sözlrinə görə, PFL-dən xahiş edəcəklər ki, “Zirə” ilə çempionatdakı ilk oyun təxirə salınsın: “Açığı, belə fikirim yox idi. Amma bu görüşdən sonra belə qərar gəldik. PFL və “Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar. Çünki komandamızın istirahətə və cavab oyununa yaxşı hazırlaşmağa ehtiyacı var”.

Səfərdəki görüşdə heyətdə dəyişikliklər olub-olmayacağına gəlincə, baş məşqçi deyib: “Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Qrupa düşmək üçün qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik”.
Azərbaycanda peşəkar məşqçi dünyasını dəyişdiBu gün idmançı Cəhdi Ramil dünyasını dəyişib.

Avrasiya.net baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Kung Fu Federasiyasının məşqçisi 38 yaşında vəfat edib.

Həkimlər idmançının ürək çatışmazlığından keçindiyini bildirib.

Dostlarının bildirdiyiniə görə, idmançı bir müddət əvvəl Cəlal adında yeniyetmə oğlunu itirib və bu, onun ürəyi bu acıya tab gətirməyib partlayıb.

Cəlal atasının yolunu davam etdirirdi və respublika çempionu idi. O meningitdən vəfat edib.

Cəhdi Ramil Tərtərdə yaşayırdı və orada böyük nüfuza malik idi.

Mərhum yaşadığı rayonda dəfn olunacaq.
Bu gün “Qarabağ” oynayır: BATE haqda nə bilirik?Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” klubu doğma meydanda Bolqarıstanın BATE komandası ilə üz-üzə gələcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda veriləcək. Oyunu isveçli Andreas Ekberqin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Mehmet Kulum və Stefan Hallberq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Karlsson yerinə yetirəcək.

Bu komandalar indiyədək heç vaxt qarşılaşmayıblar. BATE klubu Belarusun ən titullu klublarından biridir. Borisov təmsilçisi 14 dəfə ölkə çempionu olub. Aleksey Baqanın yetirmələri indiyədək 11 dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb.

Klubun ən böyük nailiyyəti UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yüksəlməsidir (2010 və 2012-ci illərdə). Bu komanda UEFA-nın klub reytinqində 70-ci pillədə qərarlaşıb.

Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesablı heç-heçə edərək, növbəti mərhələyə yüksəliblər. İkinci təsnifat mərhələsində “Qarabağ” Albaniyanın “Kukesi” klubunu iki oyunun nəticəsinə görə ilə üstələyib (0:0, 3:0).

“Qarabağ”-BATE duelin qalibi pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının play-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qurban Qurbanov "Qarabağ"ın qələbəsini şərh etdiAzarkeşlərə təşəkkür edirəm. Həqiqətən möhtəşəm idilər. Çox vacib qələbə qazandıq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kukesi"yə (3-0) qalib gəldikləri oyun barədə danışarkən CBC Sport-a bildirib.

Qurban Qurbanov ilk qola qədər futbolçularda həyəcan olduğunu, ancaq ilk qoldan sonra daha rahat oynamağa başladıqlarını vurğulayıb: "Necə hazırlaşmışdıqsa, maksimum şəkildə tapşırıqları yerinə yetirdilər".

Yeni hücumçulardan da danışan Q.Qurbanov oyunçuların tam formada olmadığını, ancaq "Qarabağ"a gələndən işlərinə peşəkarcasına yanaşdıqlarını qeyd edib.
Bu gün "Qarabağ" "Kukesi"ni qəbul edəcəkBu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi "Kukesi"ni qəbul edəcək.

Səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən komanda kollekliv doğma azarkeş önündə qələbə qazanmağa çalışacaq. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri - Con Delarj və İnnosent Emeqaranın da xidmətindən yararlana biləcək.

"Qarabağ" "Kukesi" səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi


Cavab oyunu

1 avqust

21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Futbol meydançasında özünü partlatdıBelçikada 50-60 yaşlarında kimliyi məlum olmayan şəxs partlayıcı daşıyan kəmərlə Stembert ərazisindəki futbol meydançasına gələrək özünü partladıb.

Aznews.az “Habertürk”ə istinadən bildirir ki, yaxınlıqdakı şəxslər bir kişinin meydançaya doğru getdiyini və özünü partlatmağa hazırlaşdığını polisə xəbər veriblər.

“Le Soir” qəzeti yazır ki, özünü partlatmış şəxs keçmiş əsgər ola bilər.

Kim olduğu açıqlanmayan şəxsin evinə basqın edilib və həmin küçədəki evlər boşaldılıb. Hazırda bomba axtarışları üzrə iş gedir.
Nəticəni qənaətbəxş saymaq olar - Qurban QurbanovBelə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar.

Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə "Kukesi" ilə qarşılaşdıqları oyundan (0:0) sonra deyib.

Q.Qurbanov ağır oyun olduğunu, futbolçuların çox güc sərf etdiklərini bildirib:

"Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idilər, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq".

Baş məşqçi qeyd edib ki, belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar: "Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".
“Qarabağ” bu gün səfərdə “Kukesi” ilə qarşılaşacaq   Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Bu gün qitənin ən mötəbər klub turnirində “Qarabağ” da meydana çıxacaq.

Ağdam klubu Albaniyada “Kukesi”nin qonağı olacaq. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz növbəti mərhələyə adlamaq üçün səfərdə sərfəli nəticə qazanmalıdır.


Qeyd edək ki, Qurban Qurbanovun komandası bu mərhələni də uğurla adlasa, növbəti turda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.

25 iyul

Çempionlar Liqası


2-ci təsnifat mərhələsi, ilk oyunlar

21:00. “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Ola Hobber Nilsen (Norveç)
Şkoder. “Loro Boriçi” stadionu
Əfsanəvi Ciu-Citsu usdası Roys Qreysi Bakıda“Qodzilla” qrupun rəhbəri Emil Əmiraslanovun təşkilatçılığı ilə Roys Qreysi Bakıya gəlib.

Avrasiya Kombat Ciu-Citsu federasiyasının prezidenti Aqil Acalov, Avrasiya Kombat Ciu-Citsu federasiyasının birinci vitse prezidenti, Azərbaycan Respublikasının əməkdar məşqçisi,Daxili İşlər Nazirliyi-nin İdman cəmiyyətinin əlbəyaxa döyüş mərkəzinin baş məşqçisi, 5-ci dan qara kəmərin sahibi Rəsul Məmmədov, Brazilya Ciu-Citsu (İB) klubunun sədri Taleh Həsənov və digər qonaqlarla birlikdə ilk öncə fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziarət ediblər.
Əfsanəvi Ciu-Citsu usdası Roys Qreysi Bakıda
Daha sonra Fairmont otelde baş tutan press konfransda promoşun qrupun rəhbəri Emil Əmiraslanov juranlistlərə Roys Qreysinin Bakıya gəlməsindən təşkilatı məsələlərdən danışdı. Əfsanəvi idmançı Roys Qreysi juranlistlərə Bakıdan məmnun qaldığını bildirirdi.O, daha sonra UFC (“Ultimate Fighting Championship”in) döyüşləri ilə özünün yarışdığı 90-cı illərdəki UFC (“Ultimate Fighting Championship”in) yarışlarını müqayisə edərək bildirdi ki ,
“Bizim vaxtımızda döyüşlərdə, demək olar ki, qaydalar mövcud deyildi. Bu baxımdan, döyüşdə özümüzü daha sərbəst hiss edirdik. İndi isə UFC döyüşlərinə müəyyən qaydalar salınıb”.

Avrasiya Kombat Ciu-Citsu federasiyasının prezidenti Aqil Acalov Azərbaycanda və Avrasiya kontengetində ciu-citsu və kombat ciu-citsu döyüş sənətinin inkişafından bəhs etdi. Avrasiya Kombat Ciu-Citsu federasiyasın birinci vitse prezidenti Rəsul Məmmədov ciu-citsu döyüş sənəti üzrə danışdı.
Əfsanəvi Ciu-Citsu usdası Roys Qreysi Bakıda
“Qodzilla” promoşun qrup, Avrasiya Kombat Ciu-Citsu federasiyası və Brazilya Ciu-Citsu (İB) təşkilatçılığı ilə seminar təşkil olundu.Seminarda Avrasiya Kombat Ciu-Citsu federasiyasının və Brazilya Ciu-Citsu (İB) idmançıları və məşqçiləri qatıldı.

Rəsul Məmmədov və Taleh Həsənovun assistentliyi ilə əfsanəvi ciu-citsu ustası Roys Qreysi seminar keçdi. Seminarda əfsanəvi döyüşçü ciu-citsu döyüş sənətinin nəzəriyəsindən danışdı və daha sonra isə müxtəlif döyüş fəndləri göstərdi.