Qubada məktəbli qızların voleybol yarışı keçirilibAzərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Kim sevirsə idmanı poladdan olar canı" sağlam məktəbli spartakiadası adlı layihə çərçivəsində Quba rayonunun Qırmızı qəsəbə 1 saylı tam orta məktəbində qızalr arasında voleybol turniri keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin müəllimi Kamran Əlimərdanov layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkilinə nail olmaq, gənc qızların idmana cəlbinə dəstək olmaq, eyni zamanda şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə təkan verməkdir.
Qubada məktəbli qızların voleybol yarışı keçirilib
Rəsmi hissədən sonra yarışa start verilmişdir.

Yekun nəticədə Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin qızlardan ibarət voleybol komandası turnirin qalibi adını qazanıb. Ağbil kənd tam orta məktəbinin komandası ikinci, Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin ikinci komandası isə turnirdə üçüncü yeri tutub.
Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.
Qubada məktəbli qızların voleybol yarışı keçirilib
Noyabr ayının 27-dək davam edəcək layihə çərçivəsində Quba rayonunun Dağlı kəndində oğlanlar arasında voleybol, Qaraçay kəndində oğlanların iştirakı ilə basketbol, Püstəqasım kəndində isə qızlar və oğlanların iştirakı ilə stolüstü tennis üzrə turnrilər keçiriləcəkdir.
Qubada məktəbli qızların voleybol yarışı keçirilib
Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.
Güləşçimiz Eldəniz Əzizli dünya çempionudur!Macarıstan paytaxtında güləş üzrə dünya çempionatı davam edir.

Virtualaz.org-un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışlarda 55 kiloqrama qədər çəki dərəcəsində Azərbaycanı təmsil edən Eldəniz Əzizli dünya çempionu adını qazanıb.

Finalda o, qırğızıstanlı idmançı Jolaman Şarşenbekova 10:0 hesabı ilə qalib gəlib. Qələbə üçün Eldənizə 1 dəqiqədən də az vaxt tələb olunub.
“Qarabağ”ın Çempionlar Liqasındakı gəliri açıqlandı - 16 milyon 819 min avroUEFA ötən mövsüm Çempionlar Liqasında iştirak edən klubların qazancı barədə məlumat yayıb.

Qitə futbol qurumu ilk dəfə Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın qazancını da açıqlayıb.

C qrupunda mübarizə aparan Azərbaycan çempionunun ümumi gəliri 16 milyon 819 min avro təşkil edib. Qurban Qurbanovun yetirmələri bunun 2 milyonunu pley-off mərhələsinə yüksəldiyi, 12,7 milyonunu qrupa vəsiqə qazandığı üçün alıb. Bundan əlavə 1 milyon qrupdakı nəticələrə (2 heç-heçə) görə, 1 milyon 119 min avro isə marketinq gəlirləri olub.

Qeyd edək ki, “Çelsi”, “Roma” və “Atletiko” ilə eyni qrupda yer alan “Qarabağ” sonuncularla hər iki matçda heç-heçə etmiş və qrupu 2 xalla tamamlamışdı.
“Çox üzgünük, alınmadı...” - Qurban Qurbanov“Çox üzgünük. Qalib gəlmək istəsək də, alınmadı”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında “Vorskla”nı qəbul edib. Görüş Ukrayna klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Rəqib müdafiədə etibarlı oynayırdı. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Düşündüyümüz hücumları düzgün qurmağa çalışmalı idik. Oyunun gedişində gördük ki, bəzi hücumlarımız alındı. Sadəcə, qol imkanlarımızdan yararlana bilmədik. Futbolçularımın üzərinə getmək lazım deyil. Çünki çox sıx qrafikdə oynayırıq. Çətin olsa da, bu oyunu unutmalıyıq”.

- Komanda hücumlar qurur, amma son nöqtəni qoya bilmir. Bunun səbəbi nədir?

- Fərqli fikirlər söyləmək olar. Futbolçularda gərginlik, yorğunluq var. Hər bir halda, bəlkə də futbolçularda ustalıq səviyyəsi çatmır. Dünən “Atletiko”nun oyununa baxırdım. Onlar da kifayət qədər qol imkanlarından yararlana bilmədilər və böyük hesabla məğlub oldular. Futbolçulara bildirdim ki, daha istəkli olmalıyıq. Belə nəticələrə hazır olmalıyıq. Futbolçularımız daha çalışmalı, istəkli olmalıdırlar.

- Buraxılan qolda qapıçının səhvi var idi, yoxsa müdafiəçilərin?
- Qapıçının səhvi var idi. Belə topları qapıçı tutmalıdır. Müdafiədə ciddi səhvlər etmədik. Düzdü, 2-3 epizodda səhvlərimiz oldu, lakin ciddi təhlükə yaranmadı. Müdafiəçilərdən daha çox, qapıçı diqqətli olmalıdır. Ancaq belə səhvləri ilk dəfədir görməmişik.

- “Qarabağ” avrokuboklarda ən bərbad mövsümünü keçirir və sanki komandanın sütunu yoxdur. Bundan başqa, Qara Qarayevlə Maksim Medvedev əvvəlki formalarından xeyli uzaqdırlar. Bu barədə nə deyə bilərsiniz?
- Mən nə qədər futbolçuları müdafiə etsəm də, nəticəyə görə xoş sözlər deyə bilmərik. Futbolçular, xüsusən də millinin oyunçuları çox yorulurlar. Bir turnirdən digərinə keçmək asan deyil. Ancaq Qara və Maksimdan narazı deyiləm. Desəm ki, az işləyirik, bu, düzgün olmaz. Davam etməli və uğursuz zolaqdan çıxmalıyıq. Futbolçularımın yanındayam. İnanıram ki, hər şey daha yaxşı olacaq. Daha yaxşı kollektiv görmək üçün çox çalışmalıyıq.

- Hannes Halldorsson əsas heyətə düşməkdə çətinlik çəkir.
- Qapı ən ağır mövqedir. Qapıçıları dəyişmək hər zaman problem yaradır. Bu günə qədər hər bir qapıçıya şans vermişik. Bundan sonra da belə olacaq.(qafqazinfo.az)
Elmar Vəliyevin oğlunun adamları işdən çıxarılır - Direktor və rəis vəzifələrini itirdiXəbər verdiyimiz kimi, "Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev vəzifəsindən istefa verib.

Avrasiya.net Fanat.az-a istinadən xəbər verir ki, Elmir Vəliyevin istefasından sonra "Kəpəz"də "təmizlik" başlayıb.

Belə ki, Gəncə stadionunun direktoru Namiq Abdullayev və klubun rəisi Ruslan Nağıyev vəzifələrini itiriblər.

Saytın iddiasına görə, yaxınlarda daha bir nəfər - faktiki olaraq "Kəpəz"ə rəhbərlik edən icraçı direktor Elnur Camalxanov da işdən çıxırılacaq.
Bəhram Zabit Səmədovu döyüşə çağırdı Kikboksinqin K-1 versiyası üzrə həvəskarlar arasında dünya çempionu, Avropa ikincisi, peşəkar kikboksinqdə bir neçə kəmərin sahibi, “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə tanınmış idmançımız Zabit Səmədovla döyüşmək istəyir.

Avrasiya.net xəbər verir ki, o, bunu oxu.az-a müsahibəsində deyib.

Cənubi azərbaycanlı idmançı (+93 kq) onunla eyni çəkidə olan “Mauqli” ilə döyüşüb Azərbaycanda ən güclünün kim olmasının bilinməsini çox istədiyini qeyd edib:

“Təbii ki, Zabitlə döyüşmək istəyərəm. O, bizim, hər bir türkdilli vətəndaşın fəxridir. Güclü idmançıdır, Azərbaycan bayrağını qaldırıb. Zabitlə “salam”ımız var.

Onunla öz gücümü sınamaq istəyərəm. Söhbət burada kimin qalib gəlməsindən getmir. İkimiz də beynəlxalq yarışlarda Azərbaycanı təmsil edirik. Amma istəyərəm ki, o da öz gücünü ortaya qoysun, mən də və Azərbaycanda bu çəkidə kimin güclü olduğu bilinsin”.
Mariya Stadnik finaldaAzərbaycanın qadın güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.

48 kq çəkidə dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Sonhyanq Kimi məğlubiyyətə uğradıb və gümüş medalı təmin edib - 4:2 .

7 qat Avropa və birqat dünya çempionu olan idmançı finalda mundialın son qalibi yaponiyalı Yui Susaki ilə qarşılaşcaq. 30 yaşlı idmançı 1/8 finalda isveçli Fredrika İda Peterssonu, 1/4-də isə çinli Yanan Sunu üstələyib.

Bu gün mübarizəyə qoşulan Elmira Qəmbərova təsnifat mərhələsində, Anjela Doroqan 1/4 finalda, Alyona Kolesnik isə 1/8 finalda məğlub olublar.

Qeyd edək ki, Mariya Stadnikin final görüşü sabah keçiriləcək. Azərbaycanın digər qadın idmançısı İrina Netreba isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.(report.az)
Həbiblə Konorun davasının əsl səbəbi üzə çıxdı: Həbsxanada zorlanan... - ŞOK HƏQİQƏT Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası irlandiyalı döyüşçü Konor Makqreqorun komandasının üzvü Artyom Lobov Makqreqorla rusiyalı idmançı Həbib Nurməhəmmədov arasındakı münaqişənin səbəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, Lobov bu haqda ESPN Yutub kanalına müsahibəsində danışıb.

“Əvvəlcə bizim aramızda - mənimlə və Nurməhəmmədov, həmçinin Həbiblə Konor arasında normal münasibətlər var idi. Ancaq hansısa bir anda Həbib nə üçünsə Konoru “petux” adlandırmağa başladı. Mən bilmirəm, Həbib niyə belə danışmağa başladı, axı Makqreqor onun haqqında pis heç nə danışmırdı”, - Lobov bildirib.

Döyüşçünün fikrincə, Nurməhəmmədov bilirdi ki, bu, Rusiyada bu ən ciddi təhqirlərdən biridir:

“Rusiyada həbsxanada zorlanan insanları belə adlandırırlar. Həbib bunu bilir, hamı bunu bilir. Bu, çox ciddi təhqirdir”.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Həbibin iddiasına görə, rəqibi onun dini, ölkəsi və atasını təhqir edib.
Elmar Vəliyevin oğlu istefa verdiYerinə hələlik heç bir təyinat yoxdur.

"Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.

O, bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. (“Qafqazinfo”)
Həbib azərbaycanlı müğənniyə hədiyyə göndərdi - VİDEORusiyalı döyüşçü müğənniyə video da ünvanlayıb0

Tanınmış azərbaycanlı müğənni Elnur Məmmədov fanatı olduğu rusiyalı döyüşçü Həbib Nurməhəmmədovdan hədiyyə alıb.

Həbib Elnura fotosunun yer aldığı avtoqraflı köynəyi hədiyyə edib.

Bundan əlavə, rusiyalı döyüşçü müğənniyə video da ünvanlayıb:

“Salam aleykum. Azarkeşlik etdiyin üçün təşəkkür edirəm. Sənə sağlamlıq və uğurlar arzu edirəm. Görüşənədək”. (Baku.ws)