Azərbaycan boksçusu 2 ermənini uddu - Avropa birincisi olduRusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyi keçirilir.

Azərbaycan boksçusu Əli Zamanov Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan Əli Zamanov ardıcıl olaraq, ermənistanlı Hayk Alaberkyan, rusiyalı Eduard Voskanyan və bolqarıstanlı Krasimir Churova qalib gələrək yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub – 4:1.

Həlledici görüşdə İngiltərə boksçusu Jo Makqrail ilə qarşılaşan həmyerlimiz bu döyüşdə də inamlı qələbə qazanıb. Əməkdar məşqçi Fərid Mayılovun yetirməsi rəqibindən 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə üstün olub. (AZƏRTAC)
ALDP futbol yarışı keçirəcəkAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət, partiyanın 20 illiyi və bəzi təşkilatı məsələlər müzakirə olunub.

“ALDP-20” Təşkilat Komitəsinin sədri Tərlan Həsənov toplantı iştrakçılarına yübiley tədbirlərinin proqramını təqdim edib.

ALDP Gənclər Təşkilatının (GT) sədri Vaqif Eyvazov “ALDP-20” kuboku uğrunda futbol yarışmalarının keçirilməsilə bağlı toplantı iştrakçılarına ilkin hesabat verib: “Biz partiya rəhbərliyi adından 12 siyasi partiyaya müraciət etdik. Artıq müsbət cavablar almışıq. Bu da yarışın daha maraqlı keçəcəyi deməkdir. Amma bizdə öz tərəfimizdən ciddi hazırlaşırıq və inanıram ki, “ALDP-20” Kubokunun qalibi biz olacağıq.”

Daha sonra bəzi təşkilatı məsələlər müzakirə olunub.
Mədətov fitə basılmasından danışdı: İzah verə bilmirəmİştirakım olmayan epizodlarda, mövqeyimdən uzaq baş verənlərdə, hətta komandamız qalib gələn zaman mənə təhqirlər davam edirsə, buna başqa izah verə bilmirəm.

Bunu Report-a açıqlamasında "Qarabağ” klubunun və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov ev oyunları zamanı fitə basılmasına cavab olaraq deyib.

Mədətov son oyunlarda qol vura bilməməsini belə izah edib:

"Hamıdan çox fərqlənib komandama kömək etmək istəyirəm. Futbol bir komanda oyunudur. Komanda yoldaşım fərqlənirsə, bu, hamımızın uğurudur. Azarkeş də komandanı dəstəkləyir, hansısa bir futbolçunu yox. Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim. Düzdür, beynəlxalq oyunlarda hələ qol vurmamışam. Amma inanıram ki, o da olacaq”.

"Özümü kiməsə sübut etmək kimi fikrim yoxdur” deyən hücumçu əsas məqsədinin baş məşqçi Qurban Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməkdən ibarət olduğunu vurğulayıb:

"Futbolçuyam, öz işimi görürəm, baş məşqçinin verdiyi tapşırıqlara əməl edirəm. Üzərimə düşən vəzifəmi, işimi icra etməyə çalışıram.

Mahir Mədətov "Qarabağ"ın İngiltərə "Arsenal"ı ilə Avropa Liqası, Azərbaycan yığmasının isə Malta ilə UEFA Millətlər Liqası matçlarında qol epizodlarından yararlana bilmədiyi üçün azarkeşlərin sərt reaksiyası ilə qarşılaşıb.
Həbib: Las-Veqasda döyüşmək istəmirəm - Onlar pulumu vermirlər"Floyd Meyuezerlə başqa yerdə görüşərik".

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov ABŞ-lı boksçu Floyd Meyuezerlə Las-Veqas şəhərində görüşəcəyi təklifinə mənfi cavab verib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, 30 yaşı döyüşçü "Həmin şəhərdə mənim pulumu vermirlər, başqa yerdə görüşərik" deyib.

ABŞ-ın Nevada ştatının Atletika Komissiyası Nurməhəmmədovun 2 milyon dollar qonorarını oyundan sonra dava saldığına görə verməkdən imtina edib. Komissiya üstəlik, Həbibə 350 min dollar cərimə kəsib və 4-6 ərzində diskvalifikasiya edib.

Qeyd edək ki, Həbib (27 qələbə, 27 döyüş) və Meyuezer (50 qələbə, 50 döyüş) indiyədək keçirdikləri oyunların heç birində məğlub olmayıblar.
Həbib erməni idmançını darmadağın etdi - VideoYüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun illər öncə erməni idmançısı Aşot Şahinyanla döyüşünün kadrları yayılıb.

Axar.az xəbər verir ki, 2011-ci ilin mayın 6-da “Union Nation Cup 15” turniri çərçivəsində baş tutan döyüş Həbibin açıq-aşkar üstünlüyü ilə başa çatıb.

Döyüş zamanı Həbib erməni rəqibinə ona bir zərbə də vurmağa imkan verməyib. Həbibin zərbələrinə davam gətirə bilməyən Şahinyan isə onun qabağından qaçmaqla canını qurtarmağa çalışıb.

Döyüş ilk raundun 2-ci dəqiqəsində erməni idmançısının nokauta düşməsi ilə başa çatıb.

Maraqlıdır ki, ağır zərbələr almasına və açıq-aşkar Həbibə uduzmasına rəğmən, Şahinyan hakimin qərarına etiraz da etməyə özündə həya tapıb və nəticə elan olunmazdan öncə nümayişkaranə şəkildə rinqi tərk edib.
Azərbaycan Maltaya qalib gələ bilmədiAzərbaycan millisi doğma meydanda Malta yığması ilə heç-heçə edib - 1-1.

Avrasiya.net xəbər verir ki, futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu Malta yığmasını qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən oyunun 37-ci dəqiqəsində maltalı futbolçular hesabı açıblar. Belə ki, Rouen Muskat komandasını hesabda önə çıxarıb. Birinci hissəsinin sonunadək hesab dəyişməyib.

Matçın 53-cü dəqiqəsində isə Mahir Mədətovun ötürməsini Araz Abdullayev baxımlı qolla tamamlayaraq Azərbaycan millisi hesabı bərabərləşdirib.

Nurməhəmmədov Meyvezeri döyüşə çağırdıNurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb.

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezerə müraciət ünvanlayıb.

Dağıstanlı idmançı boks üzrə sabiq çempionu döyüşə çağırıb.

“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox?

Bu cəngəllikdə yalnız bir kral var – o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”, - Nurməhəmmədov deyib.(oxu.az)
Bu gün saat 20:00-da Azərbaycan - Malta Bu gün – otyabrın 14-də UEFA Millətlər Liqasında IV tura start veriləcək.

D liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan millisi növbəti oyununa çıxacaq. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn komandamız bu dəfə doğma meydanda Malta seçməsini qəbul edəcək. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışacaq.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olacaq. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.


Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta

Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu


20:00. Farer adaları - Kosovo


Kosovo 3 2 1 0 5:1 7

Azərbaycan 3 1 2 0 4:1 5

Farer adaları 3 1 0 2 3:6 3

Malta 3 0 1 2 3:7 1

Millimiz darmadağınla qalib gəldiDünən UEFA Millətlər Liqasının 3-cü qrupunda yer alan millimiz Farer adaları ilə qarşılaşıb.

2 oyunda heç-heçə edən yığmamız iddiasını davam etdirmək üçün ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Torşavn şəhərindəki “Torsvullur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 22:45-də başlayıb.

Millimiz matçın 28-ci dəqiqəsində Riçard Almeydanın qolu ilə hesabı açdı: 1-0.

Nazarov Rüfət Dadaşovun ötürməsi ilə fərqi artırdı: 2-0.

R. Almeyda matçın 85-ci dəqiqəsində penaltidən fərqi bir qədər də artırdı: 3-0.

Millimiz Farer adalarına 3-0 qalib gəldi. Bu nəticədən sonra komandamız xalını 5-ə yüksəltdi. Qrupumuzun digər görüşündə isə Kosova Maltanı 3-1 məğlub etdi. Qrupda hazırda vəziyyət belədir:

1. Kosova - 7 xal

2. Azərbaycan - 5 xal

3. Farer adaları - 3 xal

4. Malta - 1 xal
Ronaldunun keçmiş sevgilisi: “Kriştianu yataqda zəif olsa da, heç kəsi zorlamaz”Kriştianu Ronaldu ilə bağlı zorlama qalmaqalı getdikcə böyüyür.

“Ölkə.Az” xəbər verir ki, onun keçmiş sevgilisi Rafaella Fiko Ronaldu haqqında müsbət danışıb. Rafaella zorlama iddialarına qarşı “Ronaldu bunu edə biləcək adam deyil” deyib.

Ronaldunun keçmiş nişanlısı portuqaliyalı ulduz futbolçu haqqında danışıb. Rafaella Fiko zorlama istintaqı davam edən futbolçunun bunu edə biləcək bir insan olmadığını deyib:
“Ronaldu ilə 11 ay birlikdə olduq. Mənimlə çox mədəni davranırdı və mədəni insandır. Evdə də işləyirdi”.

Qeyd edək ki, Rafaella Ronaldunu Balatelli ilə müqayisə edərək “Balatelli yataqda Kriştianudan daha güclüdür” fikri ilə qalmaqala səbəb olmuşdu.