Həbib Nurmaqomedovun atası oğlunu cəzalandıracaqMMA döyüşçüsü, yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedovun atası oğlunu Konor Makqreqor üzrərində qələbədən sonra dava saldığına görə cəzalandıracaq.

Avrasiya.net xarici KİV-ə istinadən xəbər verir ki, Əbdülmanap Nurmaqomedov oğlunun döyüş qəfəsindən kənarda dava salmasını qəbuledilməz adlandırıb.

“Ayaqları ilə irəli təpik atdı. Bu mənim əsəb sarsıntılarımın ən üst nöqtəsi oldu”.
Faiq Qarayevin halı pisləşib - YaponiyadaBaş məşqçinin Çinlə bugünkü oyuna çıxarıb-çıxarmayacağı dəqiq bilinmir.

Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayevin Yaponiyada keçirilən dünya çempionatı zamanı səhhətində problem yaranıb.

Təcrübəli mütəxəssisin İtaliyaya 0:3 uduzduqları görüşün gedişində halı pisləşib və o, arenanı tərk etməyə məhkum olub. Onu oyunda köməkçisi əvəzləyib.
Əldə etdiyimiz son məlumata görə, o hazırda həkim nəzarəti altındadır. Faiq Qarayevin millimizi Çinlə bugünkü oyuna çıxarıb-çıxarmayacağı dəqiq bilinmir.

Qeyd edək ki, Faiq Qarayev eyni zamanda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidentidir. (Oxu.Az)
Həbib Nurməhəmmədov 9 yaşında ayı balası ilə güləşir- VİDEOBu görüntüləri milyonlarca insan izlədi, hüquq müdafiəçiləri kəskin tənqid etdi
Las-Veqasda UFC 229 şousu çərçivəsində irlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında döyüş keçirilib.

T-Mobile arenasında keçirilən döyüş Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

Nurməhəmmədovun üstünlüyü şəraitində keçən döyüşün sonu Makqreqorun təslim olması ilə başa çatıb.
Döyüşün sonunda Nurməhəmmədovla Makqreqor məşqçiləri arasında dava düşdüyündən, oktaqondan kənarda ara qarışıb. Hətta Makqreqoru da oktaqona daxil olub vuran olub.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Nurməhəmmədova təqdim edilməyib. Ancaq qalib kimi Həbib Nurməhəmmədov təqdim edilib. Lakin onun titulunun əlindən alınacağı ilə bağlı məlumatlar yayılıb.
“Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdən sonrakı hərəkətinə görə çempionluq titulundan məhrum edilə bilər”- bu barədə UFC rəhbəri Deyn Uayt məlumat verib.

Həbib Nurməhəmmədov isə döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib.

O, 10 sentyabr 1988-ci ildə Dağıstanda anadan olub. Milliyətcə avardır. Sosial şəbəkələrdə valideynlərinin hələ 9 yaşında ikən onu ayı balası ilə güləşdirməsi barədə görüntülər yayılıb. Milyonlarca insanın seyr etdiyi bu səhnə insan hüquq müdafiəçilərinin tənqidinə tuş gəlib. Hüquq müdafiəçiləri azyaşlı uşağın ayı ilə güləşdirilməsini təhlükəli hesab edirlər.
"O, mənim dinim, ölkəm, atam barədə..." - Nurməhəmmədov üzr istədi Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib.

İdmançı hərəkətindən peşman olduğunu deyib.

"Mən Las-Veqas və Nevada ştatının Atletika Komissiyası qarşısında üzr istəmək istərdim. Bu, mənim pis hərəkətim idi. Niyə hamı bu haqda danışır, amma Konorun döyüşdən əvvəl söylədiklərini demirlər? O, mənim dinim, ölkəm, atam barədə danışdı, avtobusa hücum etdi, bəs buna nə deyərdiniz?" – deyə rusiyalı bildirib.

İdmançı əlavə edib ki, çempionluq kəməri hələ ondadır: "Mən daha məğlubedilməz çempionam".

Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar. Nurməhəmmədov həmin raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub/Report.
Həbib Konoru boğdu - Kütləvi dava düşdü, çempion kəməri verilmədi - VİDEOOktyabrın 7-da qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Avrasiya.net-in məlumatına görə, döyüş ümumilikdə Rusiyanı təmsil edən idmançı Həbib Nurməhəmmədovun üstünlüyü şəraitində keçib.

O, dördüncü raundda irlandiyalı rəqibi Konor Makreqoru boğucu fəndə salaraq məğlub edib.

Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra Həbib Nurməhəmmədovla Makreqorun komandası arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsindən sonra onları bir-birindən aralamaq mümkün olub.

Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb. Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.
Məşhur kikboksçumuz Almaniyada inamlı qələbə qazandı Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan bayrağını başı üzərinə qaldırıb.

Avrasiya.net xəbər verir ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçumuz Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb. Almaniyalı idmançı Lukas Boçenski ilə gücünü sınayan X.Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha bir imza atıb.

Qeyd edək ki, bir qədər əvvəl Amerikada qaydasız döyüş üzrə çoxdandır gözlənilən qarşılaşma da başa çatıb. İrlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasındakı döyüşdə Azərbaycanda da qələbəsi səbirsizliklə gözlənilən Həbib Nurməhərmmədov uğur qazanıb. Beləliklə, azarkeşlər bir gündə iki sevincli xəbər alıblar.
Həbib Nurməhəmmədovun meneceri həbs edilibRusiyalı samboçu Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən həbs edilib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, o, zalda tamaşaçılar arasında baş verən davadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dava Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüşdən dərhal sonra başlayıb. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Bununla yanaşı, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında da əlbəyaxa dava olub. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.

Sonda qalib Həbib Nurməhəmmədov elan edilib, lakin çempion kəməri ona təqdim olunmayıb.
Rusiyada futbol matçı 43:1 hesabı ilə nəticələndi - VİDEO"SŞ-75" futbol üzrə Rusiya çempionatının III divizionu matçında "İnter" üzərində böyükhesablı qələbə qazanıb.

Moskvanın "Avtomobilist" stadionunda keçən görüş 43:1 "SŞ-75" komandasının xeyrinə başa çatıb.

"SŞ-75" hazırda Moskva zonası üzrə turnir cədvəlində 10-cu yeri tutur, "İnter" isə sonuncu 15-ci yerdədir (Report).
Nurməhəmmədov Makqreqora qalib gəldi - VİDEONurməhəmmədov Makqreqora qalib gələrək UFC çempionu titulunu qoruyub.

Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib.

Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.

Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb. Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.(report.az)