“Qarabağ” üçün son ümid: Həlledici oyunUEFA Avropa Liqasında çıxış edən “Qarabağ” bu gün qrup mərhələsinin V turu çərçivəsində növbəti oyununu keçirəcək.

Axar.az xəbər verir ki, təmsilçimiz Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda, saat 21:55-də başlayacaq oyunu Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Qrupun digər görüşündə İngiltərənin “Arsenal” klubu Ukraynanın “Vorskla” komandasının qonağı olacaq.

“Qarabağ”ın Avropa Liqasında yoluna davam etməsi üçün bu oyunda mütləq qələbə qazanması vacibdir. Bakıda qazanacağı qələbə ağdamlıların pley-off mərhələsinə çıxmaq şansını az da olsa saxlayır.

Qeyd edək ki, E qrupunda mübarizə aparan “Qarabağ” 4 oyundan 3 xalla sonuncu pillədə qərarlaşıb.
Sərbəst güləşçilərimiz Ermənistan yığmasına qalib gəldiİranın Urmiya şəhərində keçirilən gənc güləşçilər arasında "Martyrs Cup" turnirində sərbəst güləşçilərin mübarizəsi başa çatıb.

Məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığmamız qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb. Görüş 5:5 hesabıyla başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə yerli komanda qələbə qazanıb. Millimiz bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb - 7:3. Qrupdakı son görüşdə Ermənistana 6:4 hesabıyla qalib gələn pəhləvanlarımız 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Yığmamız son görüşdə İranın daha bir komandasıyla üz-üzə gəlib. İki güləşçimizin zədələnməsi nəticəyə təsirini göstərib - 4:6.

Beləliklə, millimiz Urmiyada 4-cü yeri tutub.(trend.az)
FHN əməkdaşı Dünya çempionu oldu - FOTO24-25 noyabr tarixlərində Bakıda “Sərhədçi” İdman Olimpiya Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı keçirilib.

Avrasiya.net xəbər verir ki, iki dəfə Dünya və Avrasiya kubokunun sahibi, FHN-nin əməkdaşı, peşəkar idmançı Elvin Mirzəyev 60 kq. çəki dərəcəsində keçirdiyi 4 döyüşün hamısında rəqiblərinə qalib gələrək Dünya çempionu adına layıq görülərək, kubok və medalla təltif olunub.

E.Mirzəyev həm də bacarıqlı məşqçidir. Yetişdirdiyi tələbələr arasında yarışlardan qalib olanlar da çoxdur.
FHN əməkdaşı Dünya çempionu oldu - FOTO
Xatırladaq ki, dünya çempionatında bütün yaş qrupları üzrə 18 ölkədən 500-ə qədər idmançı qüvvəsini sınayıb. Dünya çempionatında Azərbaycan ilə yanaşı, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistan idmançıları aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə medallar uğrunda mübarizə aparıblar.

Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları üçüncü yerə layiq görülüblər.

Yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılara kubok, medal və xatirə hədiyyələri təqdim edilib.

Onu da qeyd edək ki, "Alpaqut” sözünün mənası "müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.

Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə nümayəndəlikləri fəaliyyət göstərir.
Natiq Abbasov vəzifəsindən istefa verdiİş adamı Elçin Zeynalovun rəhbəri olduğu Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasov tutduğu vəzifədən istefa verib.

Avrasiya.net xəbər verir ki, bu barədə Unikal.org-a N.Abbasov özü məlumat verib.

“Artıq bu məsələləri texniki direktor Leyla Əliyeva icra edir. Hazırda federasiyanın vitse-prezident postu boşdur. Əvvəldən də olduğu kimi "Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru vəzifəsini icra edirəm. Sadəcə olaraq orada başqa işlər tapşırılmışdı, çatdıra bilmədiyim üçün istefa verməli oldum. Bu məsələləri də Leyla xanım öz üzərinə götürdü. Bundan əlavə idmançılarımız da çox azalıb, əvvəlki kimi deyil”, - o bildirib.
Futbolçularımız nə qədər maaş alır? - SiyahıAzərbaycan Premyer Liqasında futbolçuların orta illik əmək haqqının məbləği açıqlanıb.

Report xəbər verir ki, “Sporting Intelligence”nin hesablamalarına əsasən, elita klubları 2018-ci ildə oyunçulara orta hesabla 52 min 638 avro ödəyiblər. Azərbaycan bu göstərici ilə siyahıda 40-cı pillədə qərarlaşıb və Cənubi Afrika Respublikası (54 min 137 avro) ilə Bolqarıstanın (46 min 58 avro) arasında yer alıb.

Dünyanın 68 ölkə çempionatının qeyd olunduğu siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. Burada orta illik əmək haqqı 3,47 milyon avro təşkil edir. İspaniya La Liqası 2,55 milyon avro ilə ikinci, İtaliya A seriyası isə 1,76 milyon avro ilə üçüncü sıradadır.

Növbəti pillələrdə ardıcıllıqla Almaniya Bundesliqası (1,61 milyon avro), Fransa Liqa 1-i (1,15 milyon avro), Çin Super Liqası (926 min avro), Rusiya Premyer Liqası (774 min avro) və Türkiyə Super Liqası (763 min avro) yer alıb.

Azərbaycan postsovet məkanında 4-cü sıradadır. Ölkədə futbolçuların maaşları Rusiyadan savayı, Ukrayna (191 min 238 avro) və Qazaxıstandan (146 min 520 avro) geri qalır. Bu iki ölkə müvafiq olaraq, 22 və 25-ci pillələrdədirlər.

Belarus 31 min 589 avro ilə 44-cü, Gürcüstan 13 min 403 avro ilə 50-ci, Ermənistan isə 2 min 619 avro ilə 67-ci yerdə qərarlaşıb. Sonuncu pillədə isə 2 min 528 avro göstərici ilə San Mariondur.
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib24 noyabr 2018-ci il tarixində Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, "Sərhədçi" idman olimpiya kompleksində baş tutan çempionatın açılış mərasimində Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov yarış iştirakçılarını salamlayaraq bildirib ki, bu döyüş növü eyni zamanda, mübarizliyin, əzmin və sülhün çağırışçısıdır. Federasiyanın birinci vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva, Federasiyanın İdarə Heyətinin sədri, Alpaqut döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov, Federasiyanın ictimai əlaqələr üzrə vitse-prezidenti, S-1 döyüş liqasının prezidenti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və digər rəsmilər də idmançıları salamlayaraq qeyd ediblər ki, Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının Azərbaycanda keçirilməsi ümumiyyətlə, həm ölkəmizin, həm də bu döyüş sənəti ilə məşğul olan idmançıların uğurudur.
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Azərbaycan, Türkiyə, Pakistan, Almaniya Əfqanıstan, Rusiya, Hindistan, Gürcüstan, İran, Kamerun, Türkmənistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Nepal, Ukraynanı təmsil edən 330 idmançının qatıldığı yarışda S-1 döyüş liqasını təmsil edən 11 nəfərdən ibarət Azərbaycan komandası yüksək nəticə əldə etmişdir. Yarışın 2-ci günündə Məhəmməd Abbaszadə və Zaur Heydərli gərgin keçən final qarşılaşmasında qalib gələrək Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının qızıl medallarını qazanmışlar. Həmçinin, Ələs Bayramlı, Məhəmməd Şükürlü, Məhəmməd Cahangirov, Tural Məmmədov, Tural Əliyev, Elgün Musayev, Uğur Məmmədov çempionatın gümüş, Ayxan Əlizadə və Diyar İsmayılov isə bürünc mükafata layiq görülmüşlər.
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Mükafatların təqdimetmə mərasimində iştirak edən Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti, S-1 döyüş liqasının prezidenti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qalibləri təbrik edərək qeyd etmişdir ki, Azərbaycan Dünyada idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Artıq Azərbaycan Avropa və dünya miqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Əlbəttə ki, qeyd olunanlar, ölkə başçısı cənab İlham Əliyevin idmanın inkişafındakı misilsiz xidmətləri nəticəsində gerçəkləşmişdir.
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Məşhur futbolçu da Bakıda mənzil fırıldağının qurbanı olub Bakıda bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edən və ümumilikdə 58 nəfərə zərər vuran şəxslərin məhkəməsi keçirilib. Məhkəmə prosesində məlum olub ki, zərərçəkmişlər arasında tanınmış futbolçulardan Rahid Əmirquliyev də var.

Avrasiya.net musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

İlk zərərçəkmiş kimi dindirilən şəxs "Qarabağ"ın tanınmış sabiq futbolçusu, hazırda "Səbail" klubunda forma geyinən Rahid Əmirquliyev olub. Onun aldığı iki mənzilin başqa şəxslərə satıldığı üzə çıxıb.

R.Əmirquliyev ifadəsində göstərib ki, mənzil almaq üçün bir neçə tikinti şirkəti ilə maraqlanıb. Yasamalda tikilən binadakı mənzillərlə maraqlandığını deyən Əmirquliyev "Bakı" MTK-nın elanları ilə rastlaşdıqdan sonra oradan mənzil almağı qərarlaşdırdığını deyib.

Həmin MTK-ya getdim. Mənzillərə özüm baxdım. Evləri MTK-nın rəhbəri Emil Məhərrəmovdan almışam. Pulu da ona vermişəm. İndi də ondan şikayətçiyəm" - deyə Əmirquliyev bildirib.

Amma dövlət ittihamçısı xatırladıb ki, Əmirquliyev istintaqda fərqli ifadə verib. Belə ki, o, istintaqdakı ifadəsində evləri alarkən Eynur Xudiyevlə tanış olduğunu, mənzillərə onunla baxdığını, onun vasitəsi ilə pulu verdiyini deyib.

Bu xatırlatmadan sonra Rahid Əmirquliyev bildirib ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bəzi məqamları dəqiq xatırlamır. Amma o, istintaqda dediklərini də təsdiq edib.

R.Əmirquliyev ifadəsinin davamında qeyd edib ki, iki mənzil də hazır olub: "Mənzillərdə kirayşinlər var idi. Mən də evi kirayəyə verəcəkdim. Ona görə də dedim ki, kirayədə yaşayanları çıxarmasınlar. İki mənzilin də pulunu tam olaraq ödədim. Sonradan məlum oldu ki, evin bir neçə sahibi var. Evi 550 manata kirayəyə vermişdim. Eynur 3 ay mənə 550 manatdan kirayə pulu vermişdi".

Futbolçunun ifadəsindən məlum olub ki, hazırda həmin mənzillərdə ayrı şəxslər yaşayır. Ona dəymiş ümumi zərər 150 min manatdan çoxdur.

Məhkəmədə daha bir neçə nəfər zərərçəkmiş ifadə verib. Zərərçəkmiş Mətanət Həmidova dindirilən zaman göz yaşlarını saxlaya bilməyib. Söyləyib ki, bu mənzil hadisəsindən sonra övladının nişanı qaytarılıb. 103 min manat pul verdiklərini və aldadıqlarını deyən Mətanət Həmidova çarəsiz durumda olduqlarını söyləyib: "Mən ev almaqdan qorxurdum. Yeni tikilənlərdən almadıq ki, bizi aldadarlar. Bu ev hazır idi, hətta kirayəşini var idi. Dedik ki, toya qədər təmir edəcəyik. Elə o vaxta qədər də kirayəyə verək. Aylıq 700 manat ödəməli idilər. Sonra məlum oldu ki, ev başqa şəxslərə də satılıb. Oğlumun 29 yaşı var. Biz çox çətin haldayıq. Nə edəcəyimizi bilmirəm. Xahiş edirəm, bizə kömək edin".

Eynur Xudiyev suallara cavabında Mətanət Həmidovanı aldatdığını təsdiqləyib. Bildirib ki, yalandan mənzilin öz adına olduğunu deyərək onu yenidən Mətanət Həmidovaya satıb. Amma Eynur Xudiyev deyib ki, bu işlərin başında Emil Məhərrəmov dursa da o, məsuliyyətə cəlb edilməyib.

Xatırladaq ki, təqsirləndirilənlərdən Çingiz Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub. İttiham akıtına əsasən, "Bakı" MTK-nın vəzifəli şəxsləri Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar vətəndaş Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 6 nömrəli binanın 6-cı mərtəbəsində yerləşən 68 kvadratmetrlik mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.

Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.
İşçiləri federasiyanı məhkəməyə verdi - Maaş verilmirİşçilər federasiyaya qarşı məhkəmə iddiası qaldırıblar.

Zamanov Balağa, Xaliqov Mikayıl, Hacıyev Nizami, İmaməliyev Orxan iddia ərizəsində Azərbaycan Güləş Federasiyasından 4 aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələb ediblər.

Məhkəmə iddianı qismən təmin edib. Qərar belə olub ki, federasiya maaşları ödəsin, məzuniyyət pulları isə ödənilməsin. AGF bu qərarla razılaşmayıb və apellasiya şikayəti verərək maaşları ödəmək istəmədiklərini bildirib və belə qərar çıxarılmasını istəyib. Hazırda proses davam edir.

Azərbaycan Güləş Federasiyasının prezidenti keçmiş vergilər naziri Fazil Məmmədov olub. O, bir müddət əvvəl bu vəzifəsindən istefa verib.
"Qafqazinfo”
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilibBu gün Atatürk Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatında iştirak etmək üçün ölkəmizə gəlmiş xarici ölkə təmsilçilərinin iştirakı ilə Beynəlxalq konfrans keçirilib.

Konfransın işinə Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov, Federasiyanın birinci vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva, Federasiyanın İdarə Heyətinin sədri, Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov, eləcə də Dünya çempionatında iştirak edcək Azərbaycan, Türkiyə, Pakistan, Almaniya Əfqanıstan, Rusiya, Hindistan, Gürcüstan, İran, Kamerun, Türkmənistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Nepal, Ukrayna təmsilçiləri qatılıblar.

Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu döyüş sənətinin dünyada rəğbət qazanması həm də onun tanınması deməkdir: “Azərbaycanda Dünya çempionatının keçirilməsi ümumiyyətlə, həm ölkəmizin, həm də bu döyüş sənəti ilə məşğul olan idmançıların uğurudur”. Çıxış edən Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov bildirib ki, bu döyüş növü eyni zamanda, mübarizliyin, əzmin və sülhün çağırışçısıdır. Digər idman növləri kimi, Alpaqut döyüş sənəti də inkişaf edir: “Bu gün Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq ölkəmiz bir çox mötəbər idman yarışlarına ev sahibliyi edir. Keçiriləcək Dünya çempionatı da bunun bariz göstəricisidir”.
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
Millət vəkili, federasiyanın birinci vitse-prezidenti Qənirə Paşayeva da çıxış edərək, ayrı-ayrılıqda Dünya çempionatında iştirak edəcək alpaqutçulara uğurlar arzulayıb: “Hər bir idman növünün özünəməxsus özəlliyi vardır və belə özəlliklərdən biri də Alpaqut döyüş sənətidir. Əbəs deyil ki, bu döyüş növü artıq dünyanın hər yerinə yayılıb və bu, bilavasitə Azərbaycanın uğuru sayılır. Çünki bu idman növünün ölkəmizdə yaranması da belə deməyə zəmin yaradır. Keçiriləcək Dünya çempionatında hər bir idmançıya uğur və qalibiyyət arzu edirəm”.

Sonra təşkilati məsələlərə baxıldı və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov S-1 döyüş liqasının prezidenti, eyni zamanda Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti seçildi. Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev isə S-1 döyüş liqasının 1-ci vitse-prezidenti seçildi. Həmçinin, S-1 döyüş liqasının 2-ci vitse-prezidenti Dünya və Avropa çempionu, bir sıra beynəlxalq yarışların qalibi Mərdan Vəliyev seçildi.
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
Təşkilati məsələlərdən sonra yeni seçilənlərə və təbir iştirakçılarına hədiyyələr təqdim olundu.

Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, S-1 döyüş liqasının prezidenti və Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti Hikmət Şikarov ona göstərilən yüksək etimada görə Federasiyanın rəhbərliyinə və bütün üzvlərinə öz minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət qayığısı ilə əhatələnib. “Əbəs deyil ki, bu gün ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilməklə yanaşı, dünya və Avropa çempionatları üzrə müxtəlif yarışlar da keçirilir. Bütün bunlar ölkəmizin bütün sahələrdə əldə etdiyi inkişafın bariz nümunəsidir. Bu inkişafı xalqımıza cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti bəxş edib. Eyni zamanda, gənclərimizin idmanla məşğul olması sağlam gələcəyimizin təminatıdır. Belə bir missiyada məhz Dünya Alpaqut Federasiyasının da rol alması sevindirici və fərəhləndiricidir”.

Hikmət Şikarov da Dünya çempionatında iştirak edəcək idmançıların hər birinə uğurlar arzulayıb.
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Bakı Olimpiya Stadionu bağlanacaq2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.

Virtualaz.org bildirir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. Hazırda məsələyə UEFA tərəfindən baxılır.

Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.