Zabit Səmədov karyerasını başa vuracaq“Mauqli” ləqəbli azərbaycanlı kikboksçu Zabit Səmədov şok açıqlama verib.

Publika.az xəbər verir ki, o, karyerasını başa vuracağını deyib.

Səmədov bu barədə Belarusun paytaxtı Minskdə Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirin mərkəzi görüşündən sonra Belarus mediasına verdiyi açıqlamada deyib.

“Azərbaycanda öz klubumu yaratmaq və brendimi inkişaf etdirmək fikrindəyəm. Artıq döyüşlərdə klubumun döyüşçüləri məni təmsil edəcəklər. Son 1 və ya 2 döyüşdən sonra rinqlə vidalaşacam” – “Mauqli” bildirib.

Qeyd edək ki, sözügedən döyüşdə Səmədov rusiyalı Yevgeni Orlov ilə üz-üzə gəlib və nokauta göndərib.
Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir - FotolarKikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib.
Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir - Fotolar
Reyting.az xəbər verir ki, "Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı Belarusda keçirilən görüşdə rusiyalı "Molekul Ada” ləqəbli Yevgeni Orlov üzərində qələbə qazanıb.
Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir - Fotolar
Beləliklə, məşhur döyüşçümüz Zabit Səmədov növbəti dəfə qələbəsi ilə Azərbaycan bayrağını dalğalandırıb.
Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir - Fotolar
Səmədov
Qeyd edək ki, Belarusun paytaxtı Minsk şəhərində keçirilən yarışı Rusiya Federasiyası Çeçenistan Respublikasının "Axmat” klubu təşkil edib.
Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir - Fotolar
Orlov (Soldan)
Yevgeni Orlova gəldikdə, onun da Azərbaycana xüsusi rəğbəti var. Bu isə təsadüfi deyil. Yevgeni Orlov İtaliyada yaşayan tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi Füzuli Məmmədovun cangüdənlərindən biridir.
Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir - Fotolar
Aldığımız məlumata görə, Yevgeni Orlov bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın paytaxtı Bakıda da olub. Onun ölkəmizə gəlməsinin səbəbi Füzuli Məmmədovun bacısının vəfat etməsi ilə bağlı olub. Tanınmış iş adamının mühafizəçisi kimi hüzr mərasimində iştirak etmək üçün Ordubad rayonuna gələn Yevgeni Orlov sonradan Füzuli Məmmədovla Bakıya gələrək bir neçə gün burada da qalıb.
Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir - Fotolar
Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun fikrincə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb. Zabit Səmədovla qürur duyduğunu vurğulayan Füzuli Məmmədov onun yarışlarını sevə-sevə izlədiyini, uğurlarına sevdindiyini dilə gətirib. Onun vətənpərvər idmançı kimi Azərbaycan gənclərinə örnək olduğunu ifadə edib. O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır.

F. Məmmədov bildirib ki, Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Onun fikrincə, beynəlxalq səviyyəli idman yarışlarının Azərbaycanda keçriliməsinin ölkəmizin dünyadakı milyonlarla idman həvəskarına tanınmasında mühüm rolu var. F. Məmmədov belə bir turnirin Bakıda da keçrilməsini istəyir və dəstək verməyə hazır olduğunu bildirir. O, qeyd edib ki, Bakıda keçrilən rinqdə Y. Orlov və digər peşəkar idmançılar da rinqə çıxa bilərlər.
Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir - Fotolar
Tofiq Musayev növbəti döyüşünə hazırlaşırAvrasiya.net xəbər verir ki, fəxrimiz Tofiq Musayev növbəti döyüşünə hazırlaşır.

31 Dekabrda Yaponyada Rizn təşkilatının təşkil etdiyi döyüşə çıxacaq.Musayevin rəqibi yaponiyalı 70kg dərəcəsində Nobumitsu ləqəbli Tyson ilə yarışacaq.

Gecənin döyüşünü isə dünyaca tanınmış boksiyor Floyd Meyvezer ilə yaponiyali tanınmış idmançı Tenshin Nasukaşa ile döyüşəcək.
Tofiq Musayev növbəti döyüşünə hazırlaşır
Mauqli rəqibini nokauta saldı, Kadırov təşəkkür etdi - VideoAzərbaycanlı kikboksçu Zabit Səmədov Belarusun paytaxtı Minskdə növbəti döyüşünə çıxıb.

Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Əhməd" klubunun təşkil etdiyi turnirin mərkəzi görüşündə “Mauqli” ləqəbli təmsilçimizlə rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.

Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokautla məğlub edib. Qələbəsinin mükafatı olaraq Səmədova səyahət talonu verilib.

***

Çeçenistan lideri Ramzan Kadırov Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovu qələbə münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, Kadırov bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

"Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Uğurlarınızın davamlı olmasını arzulayıram" – o qeyd edib.
Karateçilərimiz İranda keçiriləcək yarışa hazırlaşırlarAzərbaycan Şito-Ryu Karate-Do klubu gələn il fevral ayı İranda keçirilən beynəlxalq yarışda iştiraka hazırlaşır.

Federasiyadan Avrasiya.net-ə verilən məlumata görə, 4-cü dan qara kəmər ustası Soltanov Rasim Tərlan oğlunun məşqçiliyi ilə Bakı şəhırində yarışa hazırlıq üçün seminarlar və məşqlər keçirilir. Ötən gün Şito-Ryu Karate-Do klubunda keçirilən seminar İranda keçiriləcək beynəlxalq yarışa hazırlıq məqsədi daşıyır.

Seminarda klubun prezidenti 7-ci dan qara kəmər ustası Cəfər Qəffari yarışa hazırlıq prosesində gənc tələbələri yüksək nəticələr əldə etmək üçün idmanın digər sirlərini bölüşdü.
Karateçilərimiz İranda keçiriləcək yarışa hazırlaşırlar
Qeyd edək ki, Şito-Ryu Karate-Do klubu ölkədə karatenin inkişafında müstəsna rolu var. Bu döyüş növünün gənc nəsilə öyrədilməsində məşqçi 4-cü dan qara kəmər ustası Rasim Soltanov əzimlə çalışır. Karateçilərimizə gələn ilin fevralında İranda keçirilən yarışda uğurlar arzulayırıq.
Zabit Səmədov rinqə çıxırBu gün Belarusun paytaxtı Minskdə peşəkarlar arasında "Axmat Fight Show" beynəlxalq kikboksinq qala turniri keçiriləcək.

Həmin döyüşdə Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının baş məşqçisi Elşən Adbulrəhimovun rəhbərliyi altında federasiyanın yığma komandasının üzvü Elxan Əliyev 73 kq-da Almaniyalı Cihad Akiple, məşhur peşəkar kikboksçu Zabit Səmədov isə Rusiyalı Yevgeniy Orlovla döyüşəcək. Gecənin super fayt döyüşündə tanınmış kikboksçumuz Zabit Səmədovun döyüşü baş tutacaq.
Bu gün AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılacaqBu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edəcək.

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.

AVRO-2020-nin səbətləri

Mİllətlər Liqası səbəti:

İsveçrə, Portuqaliya, Hollandiya, İngiltərə

1-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa

2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail

4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan

5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer adaları

6-cı səbət: Litva, Lixtenşteyn, Andorra, Malta, San Marino

AVRO-2020-nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlanacaq.

1-ci tur: 21 - 23 mart

2-ci tur: 24 - 26 mart

3-cü tur: 7-8 iyun

4-cü tur: 10-11 iyun

5-ci tur: 5 - 7 sentyabr

6-cı tur: 8 - 10 sentyabr

7-ci tur: 10 - 12 oktyabr

8-ci tur: 13 - 15 oktyabr

9-cu tur: 14 - 16 noyabr

10-cu tur: 17 - 19 noyabr

Hər qrupda ilk 2 yeri tutmuş komandalar final mərhələsinə yüksələcəklər. AVRO-2020-yə son 4 vəsiqəni isə UEFA Millətlər Liqasında qrup qalibləri olan komandalar 4 liqa üzrə müəyyənləşdirəcəklər. Pley-off oyunları 2020-ci il 26 - 28 martda, final qarşılaşmaları isə 29 - 31 martda olacaq.

AVRO-2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.(report.az)
Daha 5 idmançımız cəzalandırıldı - Dopinqə görəAMADA fəaliyyətə başladığı iki il ərzində dopinq-testdən keçə bilməyən 36 idmançını cəzalandırıb.

Azərbaycanın daha 5 idmançısı dopinq-testdən keçə bilmədikləri üçün cəzalandırılıb.

Bunlar güləşçilər Azər Hüseynov və Cavid Feyziyev, boksçu Nəbi Əbdüləzimov, atlet Zaman Pirverdiyev və velosipedçi Osman Qəhrəmanovdur.

Bütün idmançılardan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

Əbdüləzimovun orqanizmindən furosemid maddəsi tapılıb. O, 18 ay müddətinə diskvalifikasiya olunub. Cəza bu il yanvarın 18-dən qüvvəyə minib və 30 iyul 2019-cu ildə bitəcək.

Qəhrəmanovdan meldonium və tuaminoheptan üzə çıxıb və o, 12 iyul 2017-ci ildən etibarən 24 aylıq - 12 iyul 2019-cu ilədək cəzalandırılıb.

Orqanizmindən meldonium aşkarlanan Piriverdiyev bu il martın 6-dan 42 aylıq - 6 sentyabr 2021-ci ilədək diskvalifikasiyaya məruz qalıb.

Hüseynov metasteron və drostanolon, Feyziyev stanozolol qəbul edib. Hər iki güləşçi bu il yanvarın 18-dən 2022-ci il yanvarın 18-dək 48 aylıq cəzalandırılıb.

Qeyd edək ki, AMADA fəaliyyətə başladığı iki il ərzində dopinq-testdən keçə bilməyən 36 idmançını cəzalandırıb. (report)
Qurbanov "Qarabağ"ın biabırçı məğlubiyyətindən danışdıÇox üzücü məğlubiyyət oldu. Bu gün rəqibin gücünü tam bildik. Bəlkə də ən yaxşı oyunlarından birini keçirdilər. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik. Amma bəzən buna imkan vermirlər. Çox sürətli oynayırlar. Yaxşı danışacaq bir şey yoxdur. Hər şey bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi.

Report xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Oyundan razı qaldınız?

- Əlbəttə ki, xeyr.

- Hansı mövqedən və ya futbolçudan ən çox narazı qaldınız?

- Mövqe dedikdə, hərtərəfli bizdən üstün idilər. Hər hansı bir mövqedə yaxşı oynadığımızı desəm, düzgün olmaz. “Sportinq” Portuqaliyanın ən yaxşı uşaq futboluna malikdir. Avropa çempionu olduqları ildə 12-14 futbolçu “Sportinq” məktəbinin yetirməsi olub. Onların oyun fəlsəfəsi, futbolçu seçimi yuxarı səviyyədədir. Hamı bu gün onların gücünü, sürətini gördü. Ümumiyyətlə, Avropa futbolu hələ bundan da yuxarı səviyyədədir. Özümüzü aldatmayaq, bütün komponentlərdə zəifik. Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az bəxtimiz gətirib. Rəqib belə oynadıqda isə özünü narahat hiss edirsən, səhvlər edirsən. Belə komandalar isə səhvləri bağışlamır.

- Dediniz ki, bu oyun real gücümüzü göstərdi. Kosovo ilə matçda da eyni cümləni işlətmişdiniz. İnkişaf etməyimiz üçün beyninizdə planlar varmı ki, “Sportinq” kimi komandalara böyük hesabla uduzmayaq?

- Bəli, belə bir söz Kosovo ilə görüşdən sonra da işlətmişdim. Həqiqəti deyirəm, hər şeyə real baxmalıyıq. Bu gün inkişaf barədə düşünsək, sıfırdan başlamalıyıq. Bu cür böyük klubların, onların çempionatının hansı səviyyədə olduğunu hamımız görürük. Onlar bizdən qat-qat yüksəkdədirlər. Kiçik futbol ölkəsi kimi, belə görüşlərdə təcrübə qazanırıq. Futbolçularımız belə rəqiblərin səviyyəsini canlı görəndə, öz üzərilərində daha çox çalışmalıdırlar. Hətta eyni səviyyəli komandaların oyununda da belə hesablar olur. Məsələn, Premyer Liqada, La Liqada bunları müşahidə etmişik. Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdır. Ümumiyyətlə, Bakıda bütün matçlarda qalib gəlmək istəyirəm. Amma reallıq da budur. Böyük inkişaf olmalıdır ki, gələcəkdə belə rəqiblərlə mübarizə apara bilək. Hər halda, yaxşı oyunlarımız da az olmayıb. Güclü rəqiblərlə mübarizə aparmağı bacarmışıq. Amma Avropada futbol çox sürətlə inkişaf edir.

- Futbolçular meydana Qarabağ müharibəsində şəhid olmuş insanların övladları ilə çıxmışdılar. Bu, böyük motivasiya olmalı idi. Amma bunu görə bilmədik...


- Qolların çoxunu səhvdən buraxdıq. Xüsusən də ikinci qolu bu cür buraxmamalıydıq. Deməzdim ki, motivasiyaları yox idi. Qol buraxdıqdan dərhal sonra qol vurduq. Rəqib qapısı qarşısında imkanlarımız oldu. İlk hissədə hücum planında pis deyildik, hücumlarımız alınırdı. Daha artığını etmək olardı. Amma rəqib topla həddən artıq yaxşı oynadı. Başqa cür oyun planlaşdırmışdıq ki, topla daha çox oynayaq. Amma yeni baş məşqçi amili də rəqibin oyununa təsir etdi. Deməzdim ki, uşaqlar oynamaq istəmirdilər. Hər halda, hansı uşaqlarla meydana çıxdıqlarını düşünürdülər.
“Qarabağ” Bakıda “Sportinq”ə biabırçı hesabla məğlub olduUEFA Avropa Liqasının “Qarabağ” – “Sportinq” oyunu bitib. Qarşılaşma qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupda keçirilən digər oyunda isə “Vorskla” evdə “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.

Oyunun 5-ci dəqiqəsində qonaqlar Bas Dostun penaltidən vurduğu qolla hesabı açıblar.

Cəmi doqquz dəqiqə sonra “Qarabağ” oyunda tarazılığı bərpa edib. Qolu Abdullah Zubir vurub.
Qarşılaşmanın 20-ci dəqiqəsində Bruno Fernandeş meydan sahiblərini məyus edib.
“Sportinq” “Qarabağ”a daha bir qol vurub. Oyunun 33-cü dəqiqəsində Nani komandasının üçüncü qoluna imza atıb.“Qarabağ” – “Sportinq” oyununda sayca beşinci qol vurulub. Matçın 65-ci dəqiqəsində Abdulay Diabi qonaqların dördüncü qoluna imza atıb.
“Sportinq” “Qarabağ”ın qapısına beşinci qolunu vurub. Oyunun 75-ci dəqiqəsində Bruno Fernandeş fərqlənib və bununla dubla imza atıb.
“Qarabağ” – “Sportinq” oyununda hesab 1:6 olub. Oyunun 82-ci dəqiqəsində Abdulay Diabi dubla imza atıb.