Şahmat Federasiyasından dövlət dilinə hörmətsizlik - Foto fakt"Şaxmatçıların şəkilləri".

Bu gün bir məsələ ilə bağlı Şahmat federasiyasının saytında daxil olub məlumat axtarırdım. Sayta girəndə ilk diqqətimi çəkən saytın çox köhnə dizaynı oldu. Təbii ki, tək problem bu deyil. Saytda o qədər yanlış şeylər var ki, hansından başlayacağıma qərar verə bilmirəm.

Başlayaq dildən. Saytdaki məlumatların, xəbərlərin demək olar böyük əksəriyyəti Azərbaycan dilində yox, rus dilində idi. Bəli, qəbul edirəm ki, çox dil bilmək vacibdir. Bu hardasa mənim qüsurumdur ki, mən rus dilini bilmirəm. Bəs mən Azərbaycanda yaşayıb Azərbaycanın Şahmat federasiyanın saytında niyə öz dilimdə məlumat tapa bilmirəm?

Keçək Azərbaycan dilində olan yazılara. Saytda "Şaxmatçıların şəkilləri" adlı bölmə var. Bəli, şaxmatçılar.

Azərbaycanda bütün idman növlərinin həmçinin şahmatın inkişafı üçün böyük maliyyələr xərclənir. Bəs nəyə görə daha da inkişaf etdirmək istənən bir sahənin saytı bu vəziyyətdə olsun?

Bununla bağlı saytdaki "Əlaqə" bölməsinə girdik. Şahmat federasiyasının nömrəsi kimi qeyd olunan (012)493-38-41 nömrəyə zəng etdikdə belə bir nömrənin mövcud olmadığı deyilir. Şahmat Federasiyanın prezidenti Elman Rüstəmovun olduğu yazılan (012)498-72-12 nömrəsinə zəng etdikdə yenə eyni sözləri eşitdik.

Elman Rüstəmovun digər nömrəsi kimi qeyd olunan (012)493-12-52 nömrəsinə zəng etdikdə isə Azərbaycan Respublikasının Mərkəzi bankının operatoru cavab verdi.

Bu qədər maliyyə ayrılan bir sahənin saytını dizayn etmək, normal xəbərlər yerləşdirmək üçün bir mütəxəssis tapmaq bu qədərmi çətindir? Nəyə görə Azərbaycan dilinə hörmət olunmur? Bu sualların cavabını alacağımız bir kimsə tapa bilmədiyimiz üçün, sualları özümüzə verib susuruq.
Şahmat Federasiyasından dövlət dilinə hörmətsizlik - Foto fakt
Şahmat Federasiyasından dövlət dilinə hörmətsizlik - Foto fakt
aznews.az
Zabit Səmədov əməliyyat olunacaqHal-hazırda o, Türkiyədə məşhur xəstəxanalardan birindədir.

Məşhur idmançımız Zabit Səmədov əməliyyat olunacaq.

Zabit Səmədov zədəsi olduğu qolundan əməliyyat olunmaq üçün cərrah masasına uzanacaq.

Hal-hazırda o, Türkiyədə məşhur xəstəxanalardan birindədir.

Əməliyyatın bir həftə sonra baş tutması gözlənilir. (oxu.az)
Xamisin ölümündə şübhələr: kimə inanmalıyıq?Həkim Vaqif Qarayev iki gün öncə dünyasını dəyişən idmançı Xamis Məmmədovun ölümü ilə bağlı olduqca aktual məsələni gündəmə gətirib.

Axar.az xəbər verir ki, həkim bu cür ölümlərdə dünyasını dəyişən xəstələrin təşrihinin (ekspertizası) mütləq olduğunu deyib. Həkim bildirib ki, bu, tibbin tələbidir və qanundur.

Mütəxəssislər hesab edir ki, bu cür şübhəli ölümlərdə ailələr ekspertizaya, ölünün yarılmasına (autopsiya) icazə vermədiyi üçün ölüm səbəbi dəqiqləşmir.

Həkim V.Qarayev də bildirib ki, bizdə dini və milli amillər bu məsələyə yasaq qoyub:

“Hətta kriminal hadisələrdə belə zərərçəkənin qohumları təşrihdən imtina edirlər. Ekspertiza həm ölümün səbəbini dəqiq deyir, həm də həkim səhvlərinin azalmasına yardımçı olur. Etmiriksə və buna qadağa qoyuruqsa, istənilən ölümdə şayiələr qaçılmaz olacaq. Hərə başa düşdüyü tərzdə gümanlarını həqiqət kimi yeridəcək”.

V.Qarayev bildirib ki, ölən şəxs təşrih olunmadığına görə müalicə həkiminin dediyinə inanmaq zorundayıq.

Xatırladaq ki, 1984-çü il təvəllüdlü idmançı, dünya çempionu Xamis Məmmədov iki gün öncə dünyasını dəyişib. Onun əvvəlcə qripdən dünyasını dəyişdiyi deyilsə də, sonradan məşqçisi onun par qəbulundan sonra soyuq havaya çıxdığı üçün sətəlcəm olduğunu, xəstəxanada baxımsız qalması səbəbindən qızdırmasının gecə ikən qalxdığı və qızdırmadan da öldüyünü bildirmişdi.

Lakin son olaraq idmançımızın ölüm səbəbi kimi ağciyərlərin tromboemboliyasını göstərildi.

X.Məmmədovun ailəsi meyitin ekspertizasına icazə verməyib.
Braziliya ciu-citsusu üzrə “Baku Open” turniri keçirilibHövsan Olimpiya İdman Kompleksində Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə “Baku Open” turniri keçirilib.

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçi müəllimi, Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin birinci vitse-prezidenti, Əməkdar məşqçi Rəsul Məmmədov AZƏRTAC-a bildirib ki, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışda 16 klubdan 175 idmançı 25 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıb.
Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Şiraslan Kərimov, “Legion” hərbi vətənpərvərlik klubunun sədri Abuzər Əbilov, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov və Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Taleh Həsənov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın respublikamızı beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərini vurğulayıblar.

Yarış bu il keçiriləcək irimiqyaslı turnirlərə hazırlıq xarakteri daşıyır və yekun nəticələrə görə millinin heyəti formalaşdırılıb.

Turnir döyüşçülərin idman ustalığını artırmaq, perspektivli idmançıları aşkarlamaq, Braziliya ciu-citsusunun inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilib.
Braziliya ciu-citsusu üzrə “Baku Open” turniri keçirilib
Braziliya ciu-citsusu üzrə “Baku Open” turniri keçirilib
Braziliya ciu-citsusu üzrə “Baku Open” turniri keçirilib
Braziliya ciu-citsusu üzrə “Baku Open” turniri keçirilib
Aqil Acalov "Zəfər" Beynəlxalq İdman Mükafatına layiq görüldüYanvarın 27-si Abşeron "Marriott" oteldə Sportsman jurnalının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirtdiyi "Zəfər" 2018 Beynəlxalq idman mükafatının təqdim etmə mərasimi baş tutmuşdur.

Avrasiya.net xəbər verir ki,xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər.

Mərasimdə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti,içtimai xadim,iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov Avrasiya kontengetinde və eyni zamanda Azərbaycanda Kombat Ciu-Citsu döyüş sənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Zəfər" idman mükafatına layiq görülüb.

Aqil Acalova mükafatı Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev təqdim edib.
Rafael Ağayev ikinci olduFransada keçirilən “Paris Open” Karate1 Premyer Liqa turnirinə yekun vurulub.

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev yarışın son günündə final döyüşünü keçirib.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız Pyer De Kuberten stadionunun salonunda təşkil olunan turnirin həlledici qarşılaşmasında yaponiyalı Ken Nişimura ilə üz-üzə gəlib. Duelin taleyini 1 xal həll edib. Minimal hesabla uduzan karateçimiz gümüş medala yiyələnib.

Xatırladaq ki, Ağayev yarışın ilk günündə Qulam-Abbas Saadini (Pakistan) 7:2, Enes Qaribovici (Xorvatiya) 2:0, Yusey Sakiyamanı (Yaponiya) 1:1 hesablı heç-heçədən sonra hakimlərin qərarı ilə 5:0, Ali Asker Asiabarini (İran) 2:1 hesabı ilə məğlub edib.(qafqazinfo.az)
Ermənilər təklif etdilər ki, komandanın adı "Artsax" olsun"Təsəvvür edin, maliyyə sıxıntımız olanda mətbuat vasitəsi ilə müraciət etmişdik. Bundan sonra mənimlə erməni diasporunun nümayəndələri əlaqə saxlayaraq bildirdilər ki, bütün maliyyə xərclərimizi ödəməyə hazırdılar, lakin komandanın adı "Artsax" olmalıdır".

Bunu "Report"a müsahibəsində "Qarabağ" (Moskva) futbol klubunun baş məşqcisi Elnur Vəliyev deyib.

Komandanı yaratmaqda məqsədinin ilk öncə Qarabağı təbliğ və təqdim etmək olduğunu nəzərə çatdıran E.Vəliyev, indiyədək uğurlarının çox olduğunu deyib:

"Mənim bu komandanı yaratmaqda məqsədim ilk öncə ondan ibarətdir ki, Moskvada Qarabağı təbliğ və təqdim edək. Komandanı 2013-cü il, yanvar ayının 10-da yaratmışıq. Elə həmin il qatıldığımız Moskva üzrə Şərq Divizionunun qalibi, həm də kubokun sahibi olduq. Ondan sonra bizim uğurlu çıxışlarımız çox olub. Sadəcə maliyyə sıxıntılarımız olduğundan, çox da irəli gedə bilmirdik".

Hazırda maliyyə problemlərinin həll olunduğunu, bu səbəbdən də, rəsmi təqdimatın keçirildiyini nəzərə çatdıran baş məşqçi, əsas məqsədin hazırda Rusiyanın peşəkar liqasında "Qarabağ" (Moskva) adı ilə çıxış edib, Azərbaycanı layiqincə təmsil etmək olduğunu vurğulayıb.

Rusiya Humanitar Universitetinin idman zalında keçirilən "Qarabağ" (Moskva) futbol kulubunun təqdimatının rəsmi hissəsində çıxış edən komandanın direktoru Leyla Səmədova, nitqində kluba yardım edən hər kəsə təşəkkürünü bildirərək, "Qarabağ" (Moskva) -nın ümidləri doğruldacağını deyib.

Təqdimat mərasimi təşəkkürnamələrin verilməsi və bədii hissə ilə davam etdirilib.

Rəsmi təqdimatdan sonra Rusiya Milli Mini-Futbol Liqasında Qarabağ ilk oynunu "Lebi" komandasına qarşı keçirib. Nəticə isə 6-6 hesablı heç-heçə ilə başa çatıb.
“Qarabağ” yenə heç-heçəyə razılaşdıTürkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün üçüncü yoxlama matçına çıxıb. Qurban Qurbanovun komandası Polşanın yüksək liqasında mübarizə aparan "Piast" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisinin qardaş ölkədə 3-cü sınağ matçında heç-heçə edib - 1:1 .

Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1.

Qeyd edək ki, "Qarabağ" 2014/15 mövsümündə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində də "Piast"la üz-üzə gəlib. Bakıdakı oyunda 2:1 hesablı qələbə qazanan ağdamlılar səfərdə 2:2 hesablı heç-heçə edərək, 3-cü mərhələyə vəsiqə qazanmışdı.

Əlavə edək ki, "Qarabağ" sonuncu yoxlama görüşünü yanvarın 26-ı Donetsk "Şaxtyor"una qarşı keçirəcək.
Zabit Səmədov Bakıda idman zalı açıb“Mauqli” ləqəbli məşhur kikboksçu Zabit Səmədov Bakıda idman zalı açıb.

Avrasiya.net xəbər verir ki, bu barədə idmançı Instagramda məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və 1-ci vitse prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılmış "Zabit Səmədov” döyüş klubuna 23.01.2019-cu il tarixindən etibarən müxtəlif idman növləri üzrə məşqlərə qeydiyyat başlayır.

Qeyd edək ki, Zabit Səmədov ​​​​​​kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olub.


Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız daha bir turu başa vurublar. Növbəti partiyada azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Ananda məğlub olub. Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.

Qeyd edək ki, dünya üçüncüsü olan şahmatçımız Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Digər təmsilçimiz T.Rəcəbov isə 1 oyunda qalib gəlib, qalan partiyaları heç-heçə başa vurub.

Səkkizinci turun oyunları davam edir.