Azərbaycan Tokio Paralimpiya Oyunlarında ilk medalını qazandıAzərbaycan idmançısı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Bu barədə Avrasiya.net Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (-49 kq) 156 kq ağırlıq qaldıraraq, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

"Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib. .
ÇL: Qrup mərhələsinin son 3 iştirakçısı bəlli olurBu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulacaq.

Avrasiya.net xəbər verir ki, bununla da qrupa son 3 vəsiqənin sahibi bəlli olacaq. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Fransadakı ilk oyunda "Monako"ya 1:0 hesabı ilə qalib gələn Ukraynanın "Şaxtyor" (Donetsk) klubu minimal üstünlüyünü evdə də qorumağa çalışacaq.

Moldova "Şerif"i Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağl olacaq. Evdəki oyunda 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi cütün taleyini demək olar ki, həll edib.

Digər matçda isə "Bröndbü" Danimarkada Avstriya "Zalsburq"u ilə üz-üzə gələcək. Meydan sahibləri ilk görüşdə 1:2 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa)

İlk oyun - 1:0

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova)

İlk oyun - 0:3

23:00. "Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya)

İlk oyun - 1:2

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.


Çempionlar Liqası: Bu gün üç komanda qrupa vəsiqə qazanacaqUEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Avrasiya.net-in məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gələcək.

PSV Niderlandda Portuqaliyanın "Benfika" komandasının müqavimətini qırmağa çalışacaq. "Lüdoqorets" Bolqarıstanda İsveç "Malmö"sü ilə, "Ferentsvaroş" isə Macarıstanda İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. PSV (Niderland) - "Benfika" (Portuqaliya)

İlk oyun - 1:2

23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç)

İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də gerçəkləşəcək
Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olubTokio 2020 Olimpiya Oyunlarında Ukraynanın aktivinə gümüş medal yazdıran Pərviz Nəsibovdan sonra daha bir həmyerlimiz öz uğuru ilə bizi sevindirdi.

Ukrayna Azərbaycanlıları Radasından (UAR) Avrasiya.net-ə verilən məlumata görə, Bosnya Hersoqovinanın Sarayevo şəhərində keçirilən yeniyetmələrin boks üzrə Avropa çempionatında Vasif Kərimov qızıl medal qazanıb. 46 kq çəki dərəcəsində İtaliya, İsrail, Ermənistan və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olan Kərimov Xarkov şəhərində yerləşən “Atom” idman klubunun yetirməsidir.

Donetsk vilayətindən olan həmyerlimiz Vidadi Zeniyev isə 44 kq çəki dərəcəsində gümüş medal qazanıb.

63 kq çəki dərəcəsində mübarizə aparan digər həmyerlimiz, Odessa «Левша» idman klubunun yetirməsi Kərim Hüseynov isə üçüncülüklə kifayətlənməli olub. Məşqçi Nurəddin Əlibəylinin sözlərinə görə Kərim qələbəni son anda əldən verib. “Gələn yarışlara daha ciddi hazırlaşıb qızıl medal qazanacağıq” deyən Əlibəyli öz növbəsində Vasif Kərimovu və Vidadi Zeyniyevi təbrik edib.

25 ölkədən 274 boksçunun mübarizə apardığı 2021 Avropa çempionatında Ukrayna ümumi hesabda 23 medal (7 qızıl, 9 gümüş və 7 bronz) qazanaraq Rusiyadan sonra ikinci olub.

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov UAR həmtəsisçiləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini Avropa çempionuna, atası Knyaz Kərimova və məşqçisi Oleq Aleksandroviçə çatdırıb. “Bu həmyerlimizdən Ukraynanın müstəqillik gününə anlamlı bir hədiyyədir” deyən baş katibin verdiyi məlumata görə sentyabr ayının 20-də uğur qazanmış idmançılarla UAR Kievdəki ofisində görüş keçirilməsi planlaşdırılır.

Xatırladaq ki Avropa çempionu olan Vasifin qardaşı Asif Kərimov da bokscudur və 6 sentyabrda başlayacaq Ukrayna çempionatında birincilik uğurunda mübarizə aparacaq! Asifə uğurlar arzulayırıq!
Güləşçilərimiz 1 qızıl, 4 gümüş və 6 bürünclə qayıdırAzərbaycanın pəhləvanları Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilər arasında dünya çempionatını 1 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.

Avrasiya.net xəbər verir ki, yunan-Roma güləşçilərimiz çempionatda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Həsrət Cəfərov (67 kq) yazdırıb. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60) isə bürünc medallara sahib olublar. Çempionatın yekununda 101 xal toplayan yunan-Roma güləşi üzrə seçməmiz komanda hesabında Rusiya və İrandan sonra üçüncü pillədə qərarlaşıb.

Sərbəst güləşçilərimiz isə ölkəmizin aktivinə 3 gümüş və 2 bürünc medal yazdırıblar. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) ilə Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar. Yığmamız yekunda 122 xal toplayaraq, komanda hesabında İran, Rusiya və ABŞ millilərindən sonra dördüncü yeri tutub.

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son beş ilin ən yaxşı nəticəsinə imza atıb. Komanda sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında beş medal qazanıb.

Qadın güləşçilərimizdən isə Jalə Əliyeva (59 ) və Birgül Soltanova (62 kq) çempionatı bürünc medalla başa vurublar. Komanda hesabında 44 xal qazanan qadın güləşçilərimiz 11-ci olublar.
Voleybolçularımız çempionata məğlubiyyətlə başladıAvqustun 20-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.

Avrasiya.net xəbər verir ki, 2019-cu ildə olduğu kimi çempionat yenə 4 ölkənin meydanlarında keçirilir. Bu dəfə turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edir.

Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur. Komandamız qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirib.

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış ediblər.

Belqraddakı "Stark Arena"da təşkil olunan görüş Belçika millisinin 3:0 (25:13, 26:24, 25:13) qələbəsi ilə yekunlaşıb.

Yığmamız avqustun 21-də Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhləsinə vəsiqə qazanacaq.

Şəhidlərinin xatirəsinə həsr olunan şahmat turnirinə yekun vurulubGənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19-20 avqust 2021-ci il tarixlərdə Siyəzən Gənclər Mərkəzində uşaq və yeniyetmələr arasında keçirilən yarışda 50 şahmatçı mübarizə aparıb.

Avrasiya.net xəbər verir ki, birinciliyin keçirilməsində əsas məqsəd Vətən şəhidlərinin xatirəsinin yad olunması, şahmat idman növünə marağın artırılması, perpektivli şahmatçıların üzə çıxarılması və yarış təcrübəsinin artırılması, eləcə də uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi və sağlam həyat tərzinin təbliğidir. 2 gün davam edən turnirin nəticəsinə əsasən qızlar arasında Həsənova Qızılgül I, Əsgərova Leyla II, Qurbanlı Məryəm III yeri tutub. Oğlanların yarışında isə Kərimli Elman I, Şeydayev Mehdi II, Qurbanlı Əli III olub.
Qaliblər yarışın sonunda Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.





#VətənMüharibəsi #Qələbə #QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan #şahmat #SiyəzənGİİ #ARGİİN27 #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayırQadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Avrasiya.net-in məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşacaq.

Serbiyanın paytaxtı Belqraddakı "Stark Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Avropa çempionatı

A qrupu

17:00. Azərbaycan - Belçika

Belqrad. "Stark Arena"

Qeyd edək ki, Azərbaycan millisinin A qrupundakı digər rəqibləri Serbiya, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmalarıdır.
"Qarabağ" "Aberdin"i məğlub etdiBakıda "Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilir.

Avrasiya.net xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

30-cu dəqiqədə Ağdam təmsilçisinin heyətində Xayme Romero topu rəqib qapıdan keçirib.

Komandalar fasiləyə yollanıblar.

***

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın "Aberdin" klubu ilə üz-üzə gəlib.

Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.
Türkiyə Avropa çempionatına qələbə ilə başladıTürkiyənin voleybol üzrə qadınlardan ibarət yığma komandası Avropa çempionatına qələbə ilə start verib.

Avrasiya.net "Haber Global"a istinadla xəbər verir ki, “sultanlar” D qrupu çərçivəsində keçirdikləri ilk oyunda ev sahiblərindən biri olan Rumıniya millisini 3:1 hesabı ilə üstələyib.

Sentyabrın 20-də baş tutacaq ikinci turda ay-ulduzlu komanda Ukrayna seçməsilə qarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə evsahibliyi ilə təşkil olunub.