Deputatdan fantastik hədiyyə - Olimpiya mükafatçısına 1 milyon dollar bağışladıTokio Yay Olimpiya Oyunlarında 97 kq çəki dərəcəsində qızıl medal qazanan sərbəst güləşçi Əbdülrəşid Sadulayevə bir milyon dollar mükafat verilib.

Publika.az xəbər verir ki, 25 yaşlı idmançı bu barədə sosial media hesabında paylaşım edərək Rusiya Dövlət Dumasının deputatı Maqomed Haciyevə təşəkkür edib: "Olimpiadada qazandığım qələbəyə görə məni bir milyon dollarla mükafatlandıran Çarodinski rayonundan olan həmyerlim, Dövlət Dumasının deputatı Maqomed Hacıyevə təşəkkür edirəm".

Xatırladaq ki, Əbdülrəşid Sadulayev Rio-de-Janeyro olimpiadasında da eyni çəkidə çempion olub.
Avropa Liqası: Bu gün pley-offun son 6 iştirakçısı bəlli olacaqBu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Avrasiya.net-in məlumatına görə, ikinci oyun günündə keçiriləcək görüşlərdən sonra pley-offa son 6 vəsiqənin sahibi bəlli olacaq.

Azərbaycan çempionu "Neftçi" Finlandiyada Helsinki HİK-i ilə qarşılaşacaq. Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçəyə razılaşan "ağ-qaralar" səfərdə qələbə qazanmağa çalışacaq.

Gecənin maraqlı oyunlarından biri Şotlandiyada yerli “Sent Conston”la Türkiyə "Qalatasaray"ı arasında olacaq. İstanbul təmsilçisi evdəki ilk görüşdə rəqibini məğlub edə bilməyib - 1:1.

Avropa Liqası

12 avqust

III təsnifat mərhələsi, cavab oyunları

19:00. “Alaşkert” (Ermənistan) - “Kayrat” (Qazaxıstan)

İlk oyun - 0:0

20:00. HİK (Helsinki, Finlandiya) - "Neftçi"

İlk oyun - 2:2

21:00. “Anortosis” (Kipr) - “Rapid” (Avstriya)

İlk oyun - 0:3

21:00. “Jalgiris” (Vilnüs, Litva) - “Mura” (Sloveniya)

İlk oyun - 0:0

22:00. “Sent Conston” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə)

İlk oyun - 1:1

22:45. “Seltik” (Şotlandiya) - “Yablonets” (Çexiya)

İlk oyun - 4:2

Qeyd edək ki, daha əvvəl Kiprin "Omoniya" və Slovakiyanın "Slovan" (Bratislava) komandaları pley-offa yüksəlib.
“Çelsi” UEFA Super Kubokunun qalibi olduFutbol üzrə UEFA Super kubokun qalibi müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, "Uindzor Park" stadionunda keçirilən görüşdə İngiltərənin "Çelsi" klubu İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gəlib.

Görüşün əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.

Əlavə hissədə də qalib məlum olmayıb. Komandalar 11 metrlik cərimə zərbələrini yerinə yetiriblər. Penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələn "Çelsi" UEFA Super kubokunun qalibi olub. Londonlular tarixində ikinci dəfə bu titula yiyələniblər.
Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcəkBu gün Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

Avrasiya.net-in məlumatına görə, İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları arasında "Uindzor Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.

"Zadəganlar" Çempionlar Liqasının, "sarı sualtı qayıq" isə Avropa Liqasının son qalibi kimi Superkubok matçında oynamaq hüququ qazanıb. La Liqa təmsilçisi "Qarabağ"ın da yer aldığı I qrupunu lider kimi tamamlayıb.

Koronavirus pandemiyası səbəbindən stadiona ümumi azarkeş tutumunun 70 faizi qədər - 13 000 tamaşaçı buraxılacaq.

İndiyədək bu titula ən çox İspaniya "Barselona"sı ilə İtaliya "Milan"ı sahib çıxıb. Hər iki komanda 5 dəfə qələbə sevinci yaşayıb. Son 12 Superkubok görüşünün 9-da İspaniya təmsilçiləri qalib gəlib. Bunlar "Barselona" (2009, 2011, 2015), "Atletiko" (2010, 2012, 2018) və "Real Madrid"dir (2014, 2016, 2017). Ümumilikdə isə titula 12 ölkədən 24 fərqli komanda yiyələnib.

UEFA Super Kuboku

23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

Baş hakim: Sergey Karasyov (Rusiya)

Belfast. "Uindzor Park" stadionu

Qeyd edək ki, UEFA Super Kuboku 1973-cü ildən qitə futbol qurumunun proqramına daxil edilib.
Tokio-2020: Koronavirusa yoluxanların sayı 458-ə çatıbTokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Avrasiya.net yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 28 nəfərin testi müsbət çıxıb.

Beləliklə, iyulun 1-dən bu vaxta qədər infeksiya aşkarlanan şəxslərin sayı 458-ə çatıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına avqustun 8-də yekun vurulub. Paralimpiadanın avqustun 24-də başlaması planlaşdırılır. Həmin yarış sentyabrın 4-də bitəcək.
“Qarabağ” - AEL matçının hakimləri açıqlanıbUEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.

Avrasiya.net xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kristo Tohverdir. Ona Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Karl Kopper yerinə yetirəcək.
Tokio-2020: Azərbaycan oyunları 7 medalla başa vurduAzərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 44 idmançıdan 7-i medal qazanıb.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc

Boks: Alfonso Dominges (81 kq) - bürünc

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc

Karate: Rafael Ağayev (75 kq) - gümüş, İrina Zaretska (+61 kq) - gümüş

Sərbəst güləş: Hacı Əliyev (65 kq) - gümüş

Qadın güləşi: Mariya Stadnik (50 kq) - (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov

Atletika: Nazim Babayev (üç təkanla tullanma)

Karate: Firdovsi Fərzəliyev (67 kq)

Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

Qadın güləşi: Elis Manolova (68 kq)

Sərbəst güləş: Turan Bayramov (74 kq)

Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova

Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina

Sərbəst güləş Şərif Şərifov (97 kq)
Hacı Əliyev finalda uduzduAzərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Avrasiya.net xəbər verir ki, H.Əliyev həlledici görüşdə Yaponiya təmsilçisi Takuto Otoquro ilə üz-üzə gəlib.

Güləşçimiz rəqibinə məğlub olaraq, olimpiadanın gümüş medalını qazanıb.
Azərbaycan voleybol millisi Niderlanda uduzubVoleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərindəki beynəlxalq "Savaria" turnirində növbəti oyununu keçirib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bu dəfə rəqib Niderland yığması olub. Görüş "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:13, 25:16).

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Macarıstana uduzub - 2:3. Son oyun bu gün Çexiyaya qarşı olacaq.
Tokio-2020: Azərbaycan ilk qızıl medalını qazana bilərTokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Avrasiya.net xəbər verir ki, bu gün Azərbaycanın 9 idmançısı gücünü sınayacaq.

Belə ki, güləşçilərimiz Hacı Əliyev qızıl, Mariya Stadnik bürünc, Şərif Şərifov isə təsəlliverici görüşlərdən sonra bürünc medal uğrunda mübarizə aparacaq.

Bu gün yarışa start verəcək İrina Zaretskanın da medal qazanmaq şansı var. Karateçimiz mübarizəyə qrup mərhələsindən başlayacaq.

Bədii gimnastika üzrə qrup hərəkətləri ilə komandamızın 5 üzvü final mərhələsinə vəsiqə üçün yarışacaq.

7 avqust

05:00. Bədii gimnastika, qrup hərəkətləri. 1-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)

06:30. Bədii gimnastika, qrup hərəkətləri, 2-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)

09:28. Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Ayumi Uekusa (Yaponiya)

Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Silvia Semeraro (İtaliya)

Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Sofiya Berultseva (Qazaxıstan)

Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska - Meltem Hocaoğlu (Türkiyə)

13:45. Sərbəst güləş, kişilər. 65 kq, final. Hacı Əliyev - Takuto Otoquro (Yaponiya)

13:45. Sərbəst güləş, kişilər. 97 kq, təsəlliverici görüş. Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan)

13:45. Sərbəst güləş, qadınlar. 50 kq, bürünc medal uğrunda görüş. Mariya Stadnik – Namuuntsetseq Oçir (Monqolustan) / Lusiya Yepes (Ekvador) cütünün qalibi