Sizin Reklam Burada

Mahir Emreliye 2 milyon avroluq TƏKLİF

Mahir Emreliye 2 milyon avroluq TƏKLİF“Visla Plotsk”la oyundan sonra polşalı azarkeşlərin hücumuna məruz qalan Azərbaycan millisinin üzvü Mahir Emreli "Legiya Varşava"dan ayrılıb Macarıstana üz tuta bilər.

Publika.az xəbər verir ki, Polşa mətbuatı belə bir iddia səsləndirib.

Həkimlərin istirahət verdiyi və bu üzdən son çempionat oyununda iştirak etməyən Emreliyə Macarıstanın "Fehervar" klubunun 2 milyon avro xərcləməyə hazır olduğu bildirilir:

"Azərbaycanlı futbolçunun kifayət qədər həssas insan olduğunu həm baş məşqçi Çeslav Mixneviç, həm də onun dostu Yakub Jezniçak vurğulayıb. Beləliklə, onun mühiti dəyişmək istəməsi mümkündür. Hazırda Macarıstan çempionatında 4-cü yerdə qərarlaşan "Fehervar" klubu Mahir Emrelini almaqda maraqlıdır. Klub rəhbərliyi transfer üçün iki milyon avro xərcləməyə hazırdır".

Bu arada "Legiya"nın idman direktorunun müavini Pavel Tomçik "Canal+"ə açıqlama verərək Mahirlə Lukinyasın vəziyyətini şərh edib:

"Təbii ki, idmanda bu vəziyyət arzulanan deyil. Futbolçularla danışdıq, klubdan böyük dəstək aldılar. Biz oyunçuları və onların ailələrini dəstəkləməyə daha çox diqqət yetirdik. Müqavilə məsələlərinə gəlincə, biz danışıqlar aparırıq. Hələlik təfərrüatları şərh etmək istəmirəm".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər