Sizin Reklam Burada

Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu

Azərbaycanın güləş yığması dünya üçüncüsü olduSerbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında Azərbaycan 3-cü yeri tutub.

Avrasiya.net-in məlumatına görə, bu nailiyyət medal əyarında əldə olunub.

2017-ci ildən keçirilən yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb. Əvvəlki 3 mundialda (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub və yalnız Rusiya (6 qızıl, 9 gümüş, 7 bürünc) ilə Ukraynadan (4 qızıl, 2 gümüş, 3 bürünc) geri qalıb.

Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) ilə Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadə (57 kq) ilə Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medala yiyələnib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər