"Qarabağ" qələbəyə layiq idi - Qurban Berdiyev

"Qarabağ" qələbəyə layiq idi - Qurban Berdiyevİki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı.

Avrasiya.net xəbər verir ki, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Qurban Berdiyev Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, görüşdəki atmosfer kifayət qədər yaxşı idi: "Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. "Qarabağ"ın daha yaxşı oynadığını deyə bilərəm".

Berdiyev qrupdan çıxmaq şanslarından da danışıb: "Bugünkü oyundan sonra şanslarımız daha azdır. Amma şanslar qaldığı müddətdə mübarizəni davam etdirəcəyik".