Sizin Reklam Burada

“Qarabağ Azərbaycandır!” futbol turniri keçiriləcək

“Qarabağ Azərbaycandır!” futbol turniri keçiriləcək44 günlük Vətən müharibəsindəki qələbəmizin birilliyi tamam olmaq üzrədir. Bu münasibətlə bir çox tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərdən biri də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Qarabağ Azərbaycandır!” futbol turniridir.

Həvəskar komandaların iştirak edəcəyi yarış 03 oktyabr – 08 noyabr tarixləri arasında keçiriləcəkdir. Turnirdə 12 komanda 2 qrupda yarışacaq, ilk dörd yeri tutan komandalar növbəti mərhələyə keçərək Play-off formatında yarışı davam etdirəcəklər. Yarış barədə məlumat verən Zəngilanın “Çinar” həvəskar futbol komandasının rəhbər Ramil Şıxəliyev bildirmişdir ki, bu yarış həm şəhidlərimizin əziz xatirəsini yaşatmaq və eyni zamanda tarixi qələbəmizi özünəməxsus şəkildə qeyd etmək üçün təşkil edilmişdir.

R.Şixəliyev öz komandasının turnirin favoritlərindən olduğunu və yarışın qalibi olmaq üçün əllərindən gələni edəcəklərini bildirdi. “Bizim rayon 20 oktyabr 2020-ci il tarixdə işğaldan azad edildi. Artıq biz məcburi köçkün sayılmırıq və ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə alınmış rayonumuza geri dönmək üçün günləri sayırıq. Bu yarışda da qalib olmaq üçün motivasiyamız budur.

Biz şəhidlərimizin xatirəsini daim yad etmək məqsədilə futbol geyimlərimizdə öz adlarımızı deyil, məhz Vətən üçün canlarını qurban vermiş şəhidlərimizin adlarını qeyd etmişik. Biz onların adlarına layiq olmaq üçün meydana çıxacağıq və əldə edəcəyimiz kubok və medalları Zəngilanımıza aparacağıq!” Ramil Şixəliyev bu yarışa marağın böyük olduğunu dedi.

Qısa bir müddət ərzində iştirakçıların sayı 12-yə tamamlandı və 02 oktyabr tarixində püşkatma baş tutdu. O qeyd etdi ki, yarışlarda iştirak üçün müəyyən maliyyəyə ehtiyac yaranmışdı və biz rayonun sahibkarlarına müraciət etdik. “Komandamızın loqosu xan çinar yarpağıdır. Gördüyünüz kimi formamızın üzərində bu yarpaq əks olunub. “Aqrar sahələrin idarəedilməsi və investisiya şirkəti”nə müraciət etdik ki, bizim xərclərimizin bir qismini qarşılasınlar.

Şirkət rəhbərliyi məmnuniyyətlə dəstək verəcəyini dedi və biz də həm komandamızın, həm adıkeçən şirkətin, həm də Zəngilanın simvolu olan Xan çinar yarpaqlı formamızı əldə etdik. Zəngilanın futbol ənənələri vardır və biz ümid edirik ki, rayonumuzun ölkə çempionatlarında iştirak edəsi güclü komandaları yaranacaqdır”.

Sonda Ramil Şixəliyev komandanın yaradılmasında onlara dəstək vermiş hər kəsə, o cümlədən “Aqrar sahələrin idarəedilməsi və investisiya şirkəti”nin rəhbərliyinə öz minnətdarlığını bildirdi.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər