Teymur və Şəhriyardan növbəti məğlubiyyət
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III tura yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Məmmədyarovla Rəcəbovun gücü qarşılaşmaları tay-breykədək uzatmağa çatıb.
Xal durumu: Maqnus Karlsen - 23,5 xal, Uesli So - 18,5 xal, Levon Aronyan - 12 xal, Hikaru Nakamura - 10 xal, Aniş Giri - 9,5 xal, Teymur Rəcəbov - 9 xal, Maksim Vaşye-Laqrav - 7,5 xal, Vladislav Artemyev - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xal, Şəhriyar Məmmədyarov - 2,5 xal.
Sentyabrın 28-də keçiriləcək IV turda Rəcəbov Duda ilə, Məmmədyarov isə Vaşye-Laqravla qarşılaşacaq.