İlham Əliyev bu idmançıları təbrik etdi
Dərc olunub:
28-08-2021, 12:07
Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan idmançılarımızı təbrik edib.
Avrasiya.net xəbər verir ki, Prezident bununla bağlı Tviterdə paylaşım edib:
"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram".