Şəhriyar Məmmədyarov 127 min dollar qazandı
Dərc olunub:
27-08-2021, 19:39
Beş turnirdən ibarət olan "Grand Chess Tour" şahmat seriyası başa çatıb.
Avrasiya.net xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov yarışda üçüncü yeri tutub.
Turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub. İkinci yerə fransalı şahmatçı Maksim Vaşe-Laqrav yiyələnib.
Qeyd edək ki, Ş.Məmmədyarov üçüncülük əldə etməklə 127 min ABŞ dolları qazanıb.