Azərbaycan Tokio-2020-də 5-ci medalını qazandı
Dərc olunub:
27-08-2021, 13:36
Paracüdoçumuz Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Avrasiya.net xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Abaslı üçüncü yer uğrunda ukraynalı David Xorava ilə qarşılaşıb. Rəqibinə qalib gələn paracüdoçumuz bürünc medal qazanıb.
Qeyd edək ki, bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.