Şəhidlərinin xatirəsinə həsr olunan şahmat turnirinə yekun vurulub

Şəhidlərinin xatirəsinə həsr olunan şahmat turnirinə yekun vurulubGənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19-20 avqust 2021-ci il tarixlərdə Siyəzən Gənclər Mərkəzində uşaq və yeniyetmələr arasında keçirilən yarışda 50 şahmatçı mübarizə aparıb.

Avrasiya.net xəbər verir ki, birinciliyin keçirilməsində əsas məqsəd Vətən şəhidlərinin xatirəsinin yad olunması, şahmat idman növünə marağın artırılması, perpektivli şahmatçıların üzə çıxarılması və yarış təcrübəsinin artırılması, eləcə də uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi və sağlam həyat tərzinin təbliğidir. 2 gün davam edən turnirin nəticəsinə əsasən qızlar arasında Həsənova Qızılgül I, Əsgərova Leyla II, Qurbanlı Məryəm III yeri tutub. Oğlanların yarışında isə Kərimli Elman I, Şeydayev Mehdi II, Qurbanlı Əli III olub.
Qaliblər yarışın sonunda Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.





#VətənMüharibəsi #Qələbə #QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan #şahmat #SiyəzənGİİ #ARGİİN27 #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz