Sizin Reklam Burada

UEFA klublara 6 milyard avro ayırır

UEFA klublara 6 milyard avro ayırırUEFA klublara pandemiyanın təsirlərindən özlərinə gəlmələri üçün klublara yardım paketi ayırmaq niyyətindədir.

Avrasiya.net Report-a istinadən məlumatına görə, həmin məbləğ 2 milyard avrodan 6 milyard avroyadək nəzərdə tutulub.

Maliyyələşmə fondunun yaradılması UEFA-nın təqdim etdiyi üçtərəfli strategiyanın bir hissəsi sayılır. Yaxın həftə ərzində formalaşdırılacaq fond böhranlı vəziyyətlərdə pul ehtiyatının yaradılmasını və maliyyə feyr pleyi barədə yeni qaydaların tətbiqini nəzərdə tutur.

Klubların fonddan daha aşağı istiqrazlarla vəsait cəlb etmək imkanı qazanacaqları və mövcud borclarını daha uzun dövr üçün restrukturizasiya edə biləcəkləri planlaşdırılır. Bildirilir ki, klubların əldə etdikləri vəsaitlərin məbləği 13 faiz aşağı düşüb. Bu isə hətta aparıcı klubların maliyyə imkanlarını şübhə altına alıb.

Mənbə UEFA-nın oyunçuların əmək haqlarına yeni məhdudiyyətlər tətbiq etməklə, İngiltərənin "Çelsi" və "Mançester Siti" kimi varlı sahiblərə malik klublarına ədalətsiz üstünlük imkanı verməyəcəyi vurğulanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər