Sizin Reklam Burada

Çempionlar Liqası: Bu gün "Neftçi" "Olimpiakos"un qonağı olacaq

Çempionlar Liqası: Bu gün "Neftçi" "Olimpiakos"un qonağı olacaqBu gün "Neftçi" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Avrasiya.net-in məlumatına görə, Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib "Olimpiakos" olacaq. "Georgios Karaiskakis" stadionunda gerçəkləşəcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək.

"Neftçi" Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayıb. "Ağ-qaralar" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.

Görüşü stadionun ümumi tutumunun 80 faizi qədər - təxminən 26 minədək tamaşaçı izləyə biləcək. Bu, Yunanıstan hökumətinin müvafiq qərarından və 1,5 ildən sonra azarkeşlərin iştirakı ilə ilk görüş olacaq.

Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan)

Hakimlər: Joao Pinyeyru, Tyaqu Koşta, Pedru Ribeyru, Qustavo Fernandes Korreya (hamısı Portuqaliya)

Pirey, "Georgios Karaiskakis" stadionu.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər