Sizin Reklam Burada

Dünya çempionatında idmançılarımızın ilk rəqibləri müəyyənləşdi

Dünya çempionatında idmançılarımızın ilk rəqibləri müəyyənləşdiBu gün Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürəcək.

Avrasiya.net xəbər verir ki, iyulun 18-də sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Güləşçilərimizdən Yusif İsparov (45 kq) Hayko Qasparyan (Ermənistan), Hacı Kərimov (48 kq) ukraynalı Vitali Qonçar, Elman Məmmədov (51 kq) Seyfulla İtayev (Fransa), Cavid Cavadov (55 kq) Qazaxıstan təmsilçisi Abdinur Nurlanbek, Abdulrəhman İbrahimov (60 kq) Erik Mantanona (ABŞ), Ağanəzər Novruzov (65 kq) çexiyalı Samuel Bistron, İlkin Ağayev (71 kq) Ramazan Doğan (Türkiyə), Səttərxan Allahverdili (80 kq) Rumıniya idmançısı Denis Kirika, Yusif Dursunov (92 kq) israilli Nikita Qubarets, Azay İsmayılov (110 kq) isə Türkiyə güləşçisi Hakan Büyükçınqıl ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. İyulun 20-də isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində yer alan idmançılar mübarizəyə qoşulacaqlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər