Sizin Reklam Burada

Macarıstan klubunun 18 yaşlı futbolçusu məşq zamanı ölüb

Macarıstan klubunun 18 yaşlı futbolçusu məşq zamanı ölübMacarıstanın "Andraşid" klubunun futbolçusu Viktor Marsel məşq zamanı ölüb.

“Report” xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Klubunun prezidenti Zoltan Soos bildirib ki, gənc futbolçu məşq zamanı qazonun üstünə yıxılıb və huşunu itirib.

"Komanda yoldaşları və məşqçi dərhal gənc oyunçuya yardıma atıldılar və onu sabit vəziyyətə gətirməyə çalışdılar. Onlar telefonla təcili yardım xidmətinin rəhbərliyi altında ürəyin və defibrilyatorun masajından istifadə edərək, reanimasiyaya başladılar", - komandanın rəsmisi bildirib.

Stadiona gələn təcili tibbi yardım reanimasiya hərəkətlərini davam etdirib, ancaq oyunçunu xilas etmək mümkün olmayıb.

"Viktor Marsel Heqedyusun simasında biz istedadlı oyunçunu, komanda yoldaşımızı və dostumuzu itirdik. Onun yoxluğu qəbul etmək yalnız ailəsi üçün yox, "Andraşid"in bütün üzvləri üçün çətin olacaq. Doğmalarına başsağlığımızı ifadə edirik!” - Soos bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər