Sizin Reklam Burada

Məmmədyarov Aronyanı uddu, Rəcəbov lider oldu

Məmmədyarov Aronyanı uddu, Rəcəbov lider olduMayın 24-də Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılır.

Avrasiya.net xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Qarşılaşmada heç-heçə qeydə alınıb. Sonrakı turda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan ilə qarşılaşıb. Şahmatçımız prinsipial rəqibi üzərində qələbə qazanıb.

Şəhriyar Məmmədyarov növbəti turlarda rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. T.Rəcəbovun isə növbəti rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav və A.Piçot olacaq.

“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

***

Təmsilçimiz Teymur Rəcəbov ağ fiqurlarla İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşini yenməyi bacarıb.

VIII turda Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə, Məmmədyarov isə Nepomnyaşi ilə heç-heçə edib.

IX turda Məmmədyarov qara fiqurlarla So ilə, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla "sülh"ə razılaşıb.

X turda isə Rəcəbov ağ fiqurlarla argentinalı Alan Piçotu, Məmmədyarov Vaşye-Laqravı yenib.

Beləliklə, 10 turdan sonra xalını 6,5-ə çatdıran Rəcəbov ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura ilə birgə ilk 3 yeri bölüşür. Məmmədyarov isə 5 xalla 16 şahmatçı arasında 10-cu pillədə gedir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər