Sizin Reklam Burada

AvroLiqanın finalçıları məlum oldu

AvroLiqanın finalçıları məlum olduÖtən gecə futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Avrasiya.net xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın “Vilyarreal” komandaları həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

"Qırmızı şeytanlar" İtaliyanın "Roma" klubunu mübarizədən kənarlaşdırıb. Öz meydanındakı ilk matçda 6:2 hesablı qələbə qazanan Mançester təmsilçisi cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, adını finala yazdırıb. Qarşılaşmada hesabı 39-cu dəqiqədə Edinson Kavani açıb. İlk hissə qonaqların minimal üstünlüyü ilə başa çatıb. Fasilədən sonra fəallığı artıran "canavarlar" 57-ci dəqiqədə tarazlığı bərpa ediblər. Cəmi 3 dəqiqə sonra Brian Kristante 2-ci qolu "Mançester Yunayted"in qapısından keçirib. Lakin meydan sahiblərinin qələbə sevinci 8 dəqiqə çəkib. Kavani özünün və komandasının ikinci qolunu vuraraq, hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 83-cü dəqiqədə "Roma"nın 19 yaşlı hücumçusu Nikola Zalevski qoyub.

"Vilyarreal" isə iki oyunun nəticəsinə əsasən, İngiltərənin "Arsenal" komandasından güclü olub. İspaniyada rəqibinə 2:1 hesabı ilə qalib gələn "sarı sualtı qayıq" Londonda qolsuz bərabərliyə nail olaraq, finala adlayıb.

Qeyd edək ki, turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyni adlı stadionda keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər