Sizin Reklam Burada

Dünya çempionatında faciə: Boksçu rinqdə öldü

Dünya çempionatında faciə: Boksçu rinqdə öldüİordaniyalı boksçu Raşed əl-Svaisat Polşanın Kelts şəhərində gənclər arasında keçirilmiş dünya çempionatında aldığı zərbədən dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, 19 yaşlı idmançı aprelin 16-da 81 kq çəki dərəcəsində estoniyalı Anton Vinoqradovla üçüncü raund qarşılaşmasında öldürücü zərbəyə məruz qalıb. Huşunu itirərək yerə yıxılan əl-Svaisat xəstəxanaya çatdırılıb. Həkimlərin bir neçə gün davam edən səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faciəvi hadisə ilə əlaqədar mərhumun əzizlərinə və komanda yoldaşlarına başsağlığı verilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan yığması bir medalla kifayətlənib. Nicat Hüseynov 49 kq çəki dərəcəsində bürünc medala sahib olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər