Sizin Reklam Burada

Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi

Çempionlar Liqasında bütün yarımfinalçılar bilindiUEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları növbəti raunda vəsiqə qazanıblar.

"Kral klubu" evdə qalib gəldiyi İngiltərə "Liverpul"u ilə səfərdə qolsuz heç-heçəyə razılaşaraq, adını yarımfinala yazdırıb.

"Şəhərlilər" isə Mançesterdə 2:1 hesabı ilə məğlub etdiyi Dortmund təmsilçisinə səfərdə də eyni aqibəti yaşadıb. Halbuki matçda ilk qolu meydan sahibləri vurublar. 15-ci dəqiqədə 18 yaşlı ingiltərəli yarımmüdafiəçi Cud Bellingem həmyerlilərinin qapısına yol tapıb. Birinci hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 55-ci dəqiqədə Riyad Mahrezin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 75-ci dəqiqədə isə Fil Foden komandasına qələbə qazandıran qolun müəllifi olub.

UEFA Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2

Qollar: Cud Bellingem, 15 - Riyad Mahrez, 55 (penalti), Fil Foden, 75

İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0

İlk oyun - 1:3

Qeyd edək ki, "Mançester Siti" yarımfinalda Fransa PSJ-si, "Real Madrid" isə İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

Final oyunu isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər