Cüdoçularımızın “Böyük dəbilqə”dəki rəqibləri müəyyənləşdi

Cüdoçularımızın “Böyük dəbilqə”dəki rəqibləri müəyyənləşdiTbilisidə martın 26-da start götürəcək “Böyük dəbilqə” turnirində iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, kişilər arasında keçiriləcək yarışda Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna), Kəramət Hüseynov (hər ikisi 60 kq) Rodriqo Lopes (Portuqaliya), Yaşar Nəcəfov (66 kq) Orlando Polanko (Kuba), Murad Fətiyev Din Gemer (İsrail), Zelim Tskayev (hər ikisi 81 kq) Kenni Bedel (İtaliya), Aslan Mirzəyev (100 kq) Reda Nafva (Qətər), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) Qalımjan Krikbay (Qazaxıstan) - Cemal Erdoğan cütünün qalibi ilə mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı slovakiyalı Marusa Stanqar, Leyla Əliyeva (hər ikisi 48 kq) türkiyəli Gülkader Şentürk, Gültac Məmmədəliyeva amerikalı Anjelika Delqado, Şəfəq Məmmədova (hər ikisi 52 kq) Yasmin Cavadyan (Böyük Britaniya) ilə güclərini sınayacaqlar. Yarış martın 28-dək davam edəcək.

Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Daşkənddə keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.