Sizin Reklam Burada

Teymur Rəcəbov dünya çempionu ilə heç-heçə etdi

Teymur Rəcəbov dünya çempionu ilə heç-heçə etdiDünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin ikinci yarış gününün oyunları keçirilir.

Avrasiya.net xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 10-cu - bu günün sonuncu turunda Maqnus Karlsenlə üz-üzə gəlib. Şahmatçımızın dünya çempionuna qarşı ağ fiqurlarla mübarizəsi heç-heçə ilə başa çatıb. T.Rəcəbov əvvəlki dörd turda amerikalı Hikaru Nakamurla, niderlandlı Yorden Van Forestlə heç-heçə edib, növbəti oyunlarda fransalı Maksim Vaşye-Laqrav və FIDE təmsilçisi Alireza Firuzcaya məğlub olub.

Turnirdə mübarizə aparan digər təmsilçimiz Şəhriyar Məmmədyarov ardıcıl FİDE təmsilçisi Alireza Firuzca, Maqnus Karlsen, ispaniyalı David Anton Quixarroya məğlub olub. O, sonrakı qarşılaşmada - 9-cu turda isveçli Nils Qrandelius üzərində qələbə qazanıb. Şahmatçımız son turda niderlandlı Aniş Giri ilə mübarizə aparır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər