UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcəkBu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Avrasiya.net-in məlumatına görə, hər iki qarşılaşma eyni saatda start götürəcək.

İtaliyanın "Yuventus" klubu Portuqaliyada "Portu" ilə qarşılaşacaq. Qonaqların heyətində Xuan Kuadrado və Arturla yanaşı, Leonardo Bonucci və Paulo Dibala da zədəli olduqları üçün oynaya bilməyəcək. Meydan sahiblərindən isə Məhəmməd Mbaye və Nanu eyni səbəbdən matçı buraxacaq.

Gecənin digər görüşü İspaniyada baş tutacaq. Almaniyanın "Borussiya" (Dortmund) komandası Avropa Liqasının son qalibi "Sevilya"nın qonağı olacaq. Vacib oyun öncəsi Dortmund təmsilçisində Lukaş Pişşek və Dan-Aksel Zaqadu meydana çıxa bilməyəcək. La Liqa komandasında isə Markos Akunya və Lukas Okampos forma geyinməyəcək.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

17 fevral

00:00. "Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya)

00:00. "Sevilya" (İspaniya) - "Borussiya" Dortmund (Almaniya)

Qeyd edək ki, bu komandalar arasında cavab matçları martın 9-da keçiriləcək.

1/8 final mərhələsinin ilk oyun günündə Fransa PSJ-si səfərdə İspaniya "Barselona"sını 4:1, İngiltərə "Liverpul"u isə Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.