Sizin Reklam Burada

Teymur Rəcəbov daha 5 görüşdə heç-heçə etdi

Teymur Rəcəbov daha 5 görüşdə heç-heçə etdiNorveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılıb.

Avrasiya.net xəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov ağ fiqurlarla Aniş Giri (Niderland) və Hikaru Nakamura (ABŞ), qara fiqurlarla isə Yan Nepomnyaşi (Rusiya), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşıb.

Bütün görüşlər heç-heçə ilə yekunlaşıb.

Rəcəbov ilk yarış günündə də 5 görüş keçirib. İkinci turda ağ fiqurlarla ABŞ təmsilçisi Sem Şenklendə qalib gələn Rəcəbov ilk turda almaniyalı Mattias Blübaumla, üçüncü turda ABŞ-dan olan Lenyer Peres Domingeslə və beşinci turda rusiyalı Aleksandr Qrişukla qara, dördüncü turda isə polşalı Yan-Kşiştof Duda ilə ağ fiqurlarla heç-heçə oynayıb.

Hazırda azərbaycanlı qrossmeysterin aktivində 10 oyundan 5,5 xal var.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.

"Opera Euro Rapid"

7 fevral

VI tur: Teymur Rəcəbov - Aniş Giri (Niderland) - 0,5:0,5

VII tur: Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5

VIII tur: Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5

IX tur: Vidiş Santoş Qucarati (Hindistan) - Teymur Rəcəbov - 0,5:0,5

X tur: Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər