Mahir Emreli koronavirusa yoluxdu
Dərc olunub:
2-12-2020, 12:15
"Qarabağ"ın futbolçusu Mahir Emreli koronavirusa yoluxub.
Ağdam klubundan Avrasiya.net-ə verilən məlumata görə, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.
Emreli bu səbəbdən Avropa Liqasının IV tur matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.