Azərbaycan klubu Çempionlar Liqasında mübarizəyə başlayır

Azərbaycan klubu Çempionlar Liqasında mübarizəyə başlayırBu gün Azərbaycan çempionu "Araz" futzal üzrə Çempionlar Liqasında mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşacaq.

Afinadakı "Dias Sports Hall"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Oyunun əsas referisi uelsli Karl Hyuz olacaq. Ona həmyerlisi Valentin Syuplea və yunanıstanlı Konstantinos Farmakis kömək edəcək.

28 noyabr

Çempionlar Liqasının ilkin mərhələsi

16:30. AEK (Yunanıstan) - "Araz" (Azərbaycan)

Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis

Afina, "Dias Sports Hall".

Qeyd edək ki, cütün qalibi 1 oyunla müəyyənləşəcək.