Sizin Reklam Burada

“Qarabağ” bu gün AvroLiqada 4-cü oyuna çıxır

“Qarabağ” bu gün AvroLiqada 4-cü oyuna çıxırBu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyunun keçirəcək.

Avrasiya.net xəbər verir ki, Ağdam klubu I qrupda 4-cü turun matçını Türkiyə "Sivasspor"una qarşı oynayacaq.

Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Qarabağ" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.

Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Tel-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər