09 okt 07:44idman

Mahir Emreli müalicə almaq üçün İspaniyaya gedir

Mahir Emreli müalicə almaq üçün İspaniyaya gedirAzərbaycan milli komandasının heyətində zədələnən “Qarabağ”ın futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. 23 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Hücumçu müayinə və müalicə olunmaq üçün sabah İspaniyaya gedəcək. Ağdam klubunun futbolçusu zədəsini daha tez bərpa etmək üçün İspaniyaya yollanmağı üstün tutub.

Emrelinin hansı müddətdə yaşıl meydanlara qayıdacağı bəlli olmasa da, onun Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə görüşü, Avropa Liqasının qrup mərhələsinin I turunda “Makkabi”yə qarşı keçiriləcək matçı buraxacağı gözlənilir
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.