Çempionlar Liqasında III təsnifat mərhələsi yekunlaşdı - NƏTİCƏLƏR
Dünən UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Avrasiya.net xəbər verir ki, bununla da pley-offa yüksələn daha 5 komandanın adına aydınlıq gəlib.
"Omoniya" (Kipr), "Ferentsvaroş" (Macarıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Molde" (Norveç) və "Midtüllan" (Danimarka) klubları rəqiblərinı qalib gələrək, növbəti raunda vəsiqə qazanıblar.
16 sentyabr
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (PENALTİLƏRLƏ - 4:2)
21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus) - 1:0
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)
22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) 3:0
Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları idə 29-30 sentyabrda oynanılacaq.