Sizin Reklam Burada

Niderlandın NextGen Futbol Akademiyasının üzvləri "Qarabağ"ı ziyarət ediblər

Niderlandın NextGen Futbol Akademiyasının üzvləri  "Qarabağ"ı ziyarət ediblər Sentyabrın 4-də Niderlandın NextGen Futbol Akademiyasının üzvləri Rotterdamda fəaliyyət göstərən "Qarabağ" İdman Klubunun ofisini ziyarət etdilər. Qonaqlara "Qarabağ" İdman Klubu haqqında ətraflı məlumat verildi.

"Qarabağ" İdman Klubundan Avrasiya.net-ə bildirilib ki, görüş zamanı qeyd olundu ki, gələcəkdə NextGen Futbol Akademiyaslyla Rotterdamdakı "Qarabağ" İdman Klubu bərabər fəaliyyət göstərəcəklər.

Akademiyanın rəhbəri Caner Yalamoglu bildirdi ki, Akademiyada əsasən 6 yaşdan 15 yaşa qədər idmancılar dərs ala bilərlər. Burada məşq edən idmancıların bir coxları Niderlandın Feyenoord, Sparta, Psv, Excelsior kimi böyük futbol klublarında oynayırlar.
Niderlandın NextGen Futbol Akademiyasının üzvləri  "Qarabağ"ı ziyarət ediblər
Akademiyanın yöneticilerinden biri Yassine Belghar,qeyd etdi ki, NextGen Akademiyası cox məmnuniyyətlə Qarabag İdman Klubu ilə əməkdaşlıq etmək istəyirlər.Azərbaycanlı idmancılara hər cür texniki və taktiki dərslər verərək dəstək olacaqlar.

Akdemiyanın baş məşqcisi Lukas Kok isə bildirdi ki,hal hazırda "Qarabag" İdman Klubunuda 6-11 yaş arası idmancılarının arasında cox qabiliyyətli azərbaycanlı idmancılar var. Onların 3-4 il ərzində cox böyük nailiyyətlər qazanacaqlarına hec bir şübhəsi yoxdur.

Beniluks Azərbaycanlıları Konqresinin sədri, "Qarabağ" İdman Klubunun rəhbəri Elsevər Məmmədov qeyd etdi ki, artıq Azərbaycanlı idmancılar cox rahat şəkildə bu akdemiyada məşq edə biləcəklər:

"Klubumuz Qarabağ adını təblig etməklə yanaşı, Azərbaycanlı gənclərədə düzgün istiqamət verməyədə çalışır. Biz calışırıq ki, bu cür Akademiyalarla və klublarla əməkdaşlıgımızı dahada dərinləşdirək.
Niderlandın NextGen Futbol Akademiyasının üzvləri  "Qarabağ"ı ziyarət ediblər
Qonaqlar Klubumuza NextGen Akademiyasının futbol formasını hədiyə etdilər. Biz də qarşılıqlı olaraq gələn qonaqlarımıza "Qarabağ" Klubu adından, Azərbaycanı təsvir edən hədiyyələr bagışladıq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər