Sizin Reklam Burada

"Qalatasaray" çətinlik çəkəcək - Türk agent

 "Qalatasaray" çətinlik çəkəcək - Türk agent"Neftçi"nin yeni transferi Yusuf Lavalın agenti olan Aykut Culdan Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Avrasiya.net Qol.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatın danışan türkiyəli agent Bakı təmsilçisinin "Qalatasaray" üçün asan yem olmadığını bildirib: "Neftçi" "Qarabağ"la birlikdə Azərbaycanın ən böyük iki klubundan biridir. Onlar "Qalatasaray"la "Fənərbaxça" kimidirlər. Orada çempionatın ikinci turu başlayacaq. Komandalar fiziki cəhətdən hazır vəziyyətdədirlər. "Qalatasaray" bu mənada çətinlik çəkəcək. Əlbəttə, "Neftçi" "Qalatasaray" səviyyəsində komanda deyil. Amma əmin olun ki, çox yaxşı mübarizə aparacaqlar. Çünki diri komandadır".

A.Culdan "Neftçi"nin yeni transferi Lavalı xüsusi fərqləndirib: "Neftçi"nin çox sayda sürpriz oyunçuları var. Bunlardan biri də Lavaldır. Onu böyük ümidlərlə "Neftçi"yə gətirdik. Yusufa çox güvənirəm. Özünüz də görəcəksiniz. Lavala qarşı oyunda təkcə "Qalatasaray" deyil, Serxio Ramos da əziyyət çəkər, onunla asanlıqla bacara bilməz. Bu dərəcədə yaxşı futbolçudur. İstərdim ki, "Qalatasaray"a qol və ya qollar vursun".

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər