Olimpiya çempionumuzun koronavirusa yoluxduğu TƏSDİQLƏNDİ
Dərc olunub:
31-08-2020, 13:26
"İdmançılar təlim-məşq toplanışına başlayana qədər koronavirus testindən keçir".
Avrasiya.net xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin "Facebook" səhifəsində canlı yayımda danışarkən deyib.
O bildirib ki, nazirlik tərəfindən hansısa idmançının koronavirusa yoluxduğu aşkarlanmayıb. Mansurov Azərbaycanın olimpiya çempionu olan güləşçisi Şərif Şərifovun Rusiyada koronavirusa yoluxduğunu və daha sonra sağaldığını deyib.