26 may 07:04idman

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHIÇempionlar Liqasında tarixin 10 ən yaxşı baş məşqçisi açıqlanıb.

“Squawka” portalının tərtib etdiyi siyahıya fransalı Zinəddin Zidan başçılıq edir.

Ardıcıl üç dəfə “Real”la Çempionlar Liqasının qalibi olan mütəxəssis 2016-18-ci illərdəki nailiyyətə görə hamını qabaqlayıb. İkinci sırada ispaniyalı Pep Qvardiola qərarlaşıb. 8 klubla Çempionlar Liqasına çıxan Karlo Ançelotti üçüncü olub.

1. Zinəddin Zidan (“Real”)
2. Pep Qvardiola (“Barselona”, “Bavariya”, “Mançester Siti”)
3. Karlo Ançelotti (“Parma”, “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Real”, “Bavariya”, “Napoli”)
4. Joze Mourinyo (“Porto”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem”)
5. Lui Van Qal (“Ayaks”, “Barselona”, “Bavariya”, “Mançester Yunayted”)
6. Aleks Ferqyuson (“Mançester Yunayted”)
7. Yupp Haynkes (“Real”, “Bavariya”)
8. Visente del Boske (“Real”)
9. Rafael Benites (“Liverpul”, “İnter”, “Çelsi”, “Napoli”, “Real”)
10. Ottmar Hitsfeld (“Borussiya” D, “Bavariya”) (APA)
XƏBƏR LENTİ
SORĞU