Azərbaycan Formula-1-dən imtina etdi
Formula-1 rəhbərliyi, Beynəlxalq Avtoidman Federasiyası, yarışların təşkilatçıları və sponsorlarının iştirakı ilə baş tutan telefon konfransından sonra Azərbaycan tərəfi bəyan edib ki, 7 iyunda təşkil edilməsi planlaşdırılan Azərbaycan qran-prisini keçirməkdən imtina etməyə üstünlük verir.
Avrasiya.net “Haqqin.az”a istinadən xəbər verir ki, bunu məlumatı “Motosport” yayıb. Məlumata görə, “Formula 1”in mart, aprel və may mərhələlərinin ləğvindən sonra Bakı yarışların keçirilməsi üçün sezonda ilk məkan olmalı idi, amma Azərbaycan qran-prisinin təşkilatçıları koronavirusla əlaqədar öz narahatlıqlarını ifadə edərək, yarışın təşkilindən imtina ediblər. Azərbaycan tərəfi aprel ayında şəhər yollarının yarışa hazırlanmalı olduğunu, bu prosesin böyük xərc tələb etdiyini və yarışların ləğv ediləcəyi barədə gec məlumat verəcəyi təqdirdə bu vəsaitin boşuna gedəcəyi üçün indidən tədbirdən imtina etdiyini açıqladığını bəyan edib.
Bununla belə sayt təkcə Bakı qran-prisinin yox, Bakıdan sonra baş tutacaq Kanada qran-prisinin də keçirilməsinin sual altında olduğunu deyib.
Qeyd edək ki, bundan öncə “Formula 1”in Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya mərhələləri də ləğv edilmişdi.
Artıq ləğv edilən yarışlara görə, “Formula 1”ə 200 milyon dollar ziyan dəyib.