Sizin Reklam Burada

Rustavidə Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib - Fotolar

Rustavidə Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib - Fotolar29 fevral 2020-ci il tarixlərində Gürcüstanın Rustavi şəhərində idmanın Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib.

Avrasiya.net xəbər verir ki, yarış yeni yaranan Gürcüstan Braziliya Ciu-Citsu Federasiyası tərəfindən keçirilən ilk beynəlxalq turnir statusu qazanıb.

Onu da qeyd edək ki, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Braziliya Ciu-Citsu idman növü üzrə qara kəmər sahibi Taleh Həsənov yeni yaranan federasiyanın fəxri prezidentidir.
Gürcüstanda səfərdə olan Taleh Həsənov və Qarabağ İdman Klubunun rəhbəri Braziliya Ciu-Citsu üzrə qara kəmər sahibi Anar Səfərov turnirdən bir gün əvvəl, yəni fevral ayının 28-də Braziliya Ciu-Citsu idman növü üztə seminar keçirmişlər. Seminarda bir çox ölkədən gələn idmançılar idmanın bu növünün sirləri ilə yaxından tanış olmaq şansı əldə edib. Bundan başqa seminarda yarışda tətbiq olunacaq qaydalar da idmançılara ətraflı izah olunub.
Rustavidə Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib - Fotolar
Yarışda Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin yetirmələri 80 kq çəki dərəcəsində Samir İsaqov, 84 kq çəki dərəcəsində Rəşid Davudov, 62 kq çəki dərəcəsində ictimai birliyin Gəncə filialının yetirməsi Baxşəli Əliyev, 91 kq çəki dərəcəsində ictimai birliyin Zaqatala filialının yetirməsi Murad Dibrayev fəxri kürsünün birinci pilləsində qərarlaşmış və turnir üçün xüsusi olaraq hazırlanan kəmərləri əldə etmişlər.

Bundan başqa turnirdə Qarabağ İdman Klubu, ictimai birliyin Gəncə, Zaqatala və Suraxanı filallarının yetirmələri xüsus fərqlənmə ilə çıxış etmiş və yüksək nailiyyətlər əldə etmişlər.

Taleh Həsənov yarışda əldə olunan nəticələrə görə ictimai birliyin Suraxanı filialının rəbəri Ramin Quliyevə, Zaqatala filialının rəhbəri Fuad Şabanova, Gəncə filialının rəbəri Səbuhi Məmmədova, həmçinin Qarabağ İdman Klubunun rəhbəri Anar Səfərova öz dərin minnətdarlığını bildirmiş, bundan sonra da ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edəcəklərinə inandığını bildirmişdir.
Rustavidə Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib - Fotolar
Rustavidə Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib - Fotolar
Rustavidə Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib - Fotolar
Rustavidə Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib - Fotolar
Rustavidə Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib - Fotolar

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər