Sizin Reklam Burada

Rəfael Ağayev lisenziya qazana bilmədi

Rəfael Ağayev lisenziya qazana bilmədi
Avstriyanın Zaltsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.

Publika.az-ın məlumatına görə, mövsümün 3-cü mərhələsində Azərbaycanın 14 idmançısı mübarizə aparır.

Yarışın ilk günü kumite çıxışlarında kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulub.

67 kq-da yarışan Rafiz Həsənov adını finala yazdırıb. İlk görüşündə uduzan Həsənov daha sonra ardıcıl olaraq Devid Nhuyen (Belarus), Tomas Keserer (Avstriya) və Burak Uyqura (Türkiyə) qalib gələrək həlledici mərhələyə yüksəlib. Onun qızıl medal uğrundakı rəqibi italiyalı Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.

75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev isə ilk görüşündə qalib gəlsə də, sonrakı iki qarşılaşmada 1 heç-heçə və 1 məğlubiyyətlə final şansını əldən verib. Ağayevin uduzduğu türkiyəli yarımfinalda məğlub olduğundan, Azərbaycan karateçisi təsəlliverici görüşlərə qatılmayacaq. Bu isə o deməkdir ki, Ağayev bu turnirdə Tokio Olimpiadasına lisenziya qazanmaq şansını itirib.

Qeyd edək ki, Azərbaycanın digər karateçiləri - Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizəyə sabah qoşulacaqlar.

60 kq

Firdovsi Fərzəliyev - Kasper Lideqard (Danimarka) - Nenad Duloviç (Monnteneqro) görüşünün qalibi ilə 0:0

67 kq

Rafiz Həsənov - Stefan Cokiç (Serbiya) - Mussa Bexultan (Qazaxıstan) görüşünün qalibi ilə 1:2

Rafiz Həsənov - Devid Nhuyen (Belarus) 2:0

Rafiz Həsənov - Tomas Keserer (Avstriya) 5:0

2/1 final

Rafiz Həsənov - Burak Uyqur (Türkiyə) 6:2

Final (1 Mart)

Luka Mareska (İtaliya)

Tural Ağalarzadə - Vin Ang Kvanq (Cənubi Koreya) 5:2

Tural Ağalarzadə - Andres Madera (Venesuela) 7:3

Tural Ağalarzadə - Vinisius Fiqueyra (Braziliya) 0:5

75 kq

Rafael Ağayev - Brayn Lusse (Hollandiya) - Qleb Saçkovski (Belarus) görüşünün qalibi ilə 3:0

Rafael Ağayev - Dastonbek Otobolaev (Qazaxıstan) 0:0

Rafael Ağayev - Erman Eltemur (Türkiyə) 0:2

50 kq

N.Əliyeva - Radva Sayed (Misir) 1:1

55 kq

İlahə Qasımova - Assel Serikova (Qazaxıstan) - 2:0

İlahə Qasımova - Taeeun Ahn (Cənubi Koreya) - 3:0

İlahə Qasımova - Sara Kardin (Italiya) - 2:3

Təsəlliverici görüşlər

İlahə Qasımova - Tuba Yakan (Türkiyə) 4:4

İlahə Qasımova - Valeria Kumizaki (Braziliya)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər