Sizin Reklam Burada

Azərbaycan voleybol yığması şansını itirib

Azərbaycan voleybol yığması şansını itirib
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şanslarını itirib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, bu, Niderlandın Apeldorn şəhərindəki Avropa Təsnifat Turnirində hazırda meydan sahibləri ilə Polşa arasında davam edən görüş zamanı məlum olub.

İlk 2 setdən 25:20 və 25:23 hesablı üstünlüklərlə ayrılan Polşa aktivinə ən azı daha bir xal yazdırıb. Birinci oyununda isə bu komanda Bolqarıstana 3:1 hesabı ilə qalib gələrək, 3 xal qazanmışdı. Beləliklə, hazırda ən azı 4 xala malik Polşa 3 oyundan 3 xal yığan Bolqarıstan və hələ xalı olmayan Azərbaycan üçün əlçatmaz olub. Növbəti mərhələyə digər vəsiqəyə isə ən azı 6 xala malik Hollandiya yiyələnib.

Azərbaycan son turda Polşaya qalib gəlsə belə, yarımfinala vəsiqə verən ilk 2 pillədən birini tuta bilməyəcək. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Son turda Polşa ilə görüşdə qələbə də komandanı sonuncu pillədən qurtarmayacaq. Çünki 3 oyundan 3 xal yığan Bolqarıstan şəxsi oyunda Azərbaycandan üstündür.

Qeyd edək ki, Avropa Təsnifat Turnirinin yalnız qalibi olimpiadaya vəsiqə qazanacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər