04 dek 18:20idman

Türkiyədə peşəkarlar arasında beynəlxalq kikboksinq turniri

Türkiyədə peşəkarlar arasında beynəlxalq kikboksinq turniriAzərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər TV8-də canlı yayımlanacaq.

Dekabrın 6-da Türkiyənin Tokat şəhərinin H.Akbaş İdman Salonunda kikboksinq üzrə 2002-ci il Dünya Kubokunun, 2006-cı ildə peşəkarlar arasında keçirilən beynəlxalq qızıl kəmərin, 2007-2008-ci illərdə peşəkarlar arasında keçirilən dünya çempionatlarında ikiqat qızıl kəmər sahibi, Türkiyənin kikboksinq üzrə millisinin məşqçisi Ersan Turanın təşkilatçılığı ilə peşəkarlar arasında beynəlxalq turnir keçiriləcək.

Bu barədə məlumatı “Ersan Turan” peşəkar kikboksinq klubunun üzvü Murad Mirzəbəyli verib.

Murad Mirzəbəylinin sözlərinə görə, turnirdə Azərbaycandan Yusif Məmmədov və Ceyhun Səfərov iştirak edəcək. Beynəlxalq turnirdə Türkiyəni Ahmet Kılıç, İlknur Kurt, Devrim Aydın, Deniz Işık, Sinan Cagala, Qırğızıstanı Bakjanulu Adilet, Özbəkistanı Camşid Tursunbayev, Rusiyanı Ramazan Parazinov, İranı Hüseyn Əlizadə, Böyük Britaniyanı isə Reon Vong təmsil edəcək
Turnir Bakı vaxtı ilə saat 19:00-da Türkiyənin TV8 kanalı ilə canlı yayımlanacaq.
XƏBƏR LENTİ
SORĞU