02 dek 07:40idman

Çempion Şeyx Şamilin portretinə görə cəzalandırıldı

Çempion Şeyx Şamilin portretinə görə cəzalandırıldı
Sərbəst güləş üzrə rusiyalı olimpiya və 4 qat dünya çempionu Abdulrəşid Sadulayev davranış və əxlaq qaydalarını pozduğu üçün 4 ay müddətinə diskvalifikasiya olunub.

Report xəbər verir ki, 23 yaşlı pəhləvan yarış vaxtı siyasi və dini baxışlarını ifadə etməsi səbəbindən cəzalandırılıb.

14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatı vaxtı Sadulayev Şeyx Şamilin portreti olan futbolkasını nümayiş etdirib. O, 97 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan təmsilçisi Şərif Şərifova qalib gələrək, qızıl medal qazanıb.

Cəza müddəti 21 yanvar 2020-ci ilədəkdir. Rusiyalı pəhləvan pul cəriməsinə də məruz qalıb. O, tutduğu hərəkətə görə üzr istəyib.
XƏBƏR LENTİ
SORĞU